Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ rayon İcra Hakimiyyətində tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 01 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə bütün prokurorluq işçilərini təbrik edib.

Öz çıxışında Prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında Ümummilli lider Heydər Əliyevin müstəsna rolunu qeyd edib: "Bu gün də Prezident İlham Əliyev prokurorluq işçilərinə həmişə diqqət və qayğı ilə yanaşır. Bunun nəticəsidir ki, prokurorluq əməkdaşlarının əmək haqları artırılıb, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb. Azərbaycan Respublikası Prokurorluğu qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edir".

Qeyd edək ki, tədbirin sonunda Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən bir neçə prokurorluq orqanı işçisinə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə