Təbliğat - təşviqat kampaniyası çərçivəsində daha bir görüş FOTO

Təbliğat - təşviqat kampaniyası çərçivəsində daha bir görüş FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Kəpəz rayonunda qarşıdan gələn prezident seçkilərində Partiyanın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. SİA-nın məlumatına görə, tədbirdə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, YAP Gəncə şəhər Təşkilatının Şura üzvü, professor Həsənbala Sadıqov, AzTU-nun professoru Əhəd Nəbiyev və dosenti Rövşən Əliyev iştirak ediblər.

YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev çıxışında qeyd edib ki, bu gün ölkəmizin beynəlxalq aləmdə böyük nüfuz qazanması, iqtisadi inkişaf sürətinə görə dünyada ön sıraya yüksəlməsi dövlət başçı İlham Əliyevin Ulu öndər Heydər Əliyev siyasətinə sadiqliyinin bəhrəsidir: "Bu gün müstəqil dövlətmizə rəhbərlik, bu siyasi məktəbin ən layiqli yetirməsi Prezident İlham Əliyevə verilib. Ölkə başçısı cənab İlham Əliyev 10 il ərzində Azərbaycanı bütün dünyaya tanıdaraq, güclü və qüdrətli dövlətə çevirib, beynəlxalq miqyasda nüfuzunu yüksəklərə qaldırıb. Biz qələbələrin, uğurların davamlı olması üçün xalqın vətənpərvər oğlu, Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezident İlham Əliyevə səs verəcəyik!"

Tədbirdə çıxış edən YAP Gəncə şəhər Təşkilatının Şura üzvü, professor Həsənbala Sadıqov, AzTU–nun professoru Əhəd Nəbiyev, dosent Rövşən Əliyev və başqaları ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü, uğurlu siyasətindən bəhs ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə