İqtisadiyyat institutu ilə görüş keçirilib

İqtisadiyyat institutu ilə görüş keçirilib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Elm və təhsil departamentinin üzvləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində İqtisadiyyat İnstitutunun direktoru İsa Əliyev ilə görüş keçiriblər. SİA-ya verilən məlumata görə, görüşdə Elm və təhsil departamentinin direktoru Əzizə Nəcəfova, departamentin üzvləri Rasim Əbdürrəhmanov, Şöhrət Əliyev və Mahmud Sadıqzadə iştirak edib.

Qeyd edək ki, görüşdə birgə əməkdaşlıq və tələbələrin məqalələrindən ibarət toplunun nəşr edilməsi məsələləri müzakirə olunub, tələbələrin elm və təhsilə daha aktiv cəlb olunması yolunda görüləcək işlər barəsində razılıq əldə edilib. Gələcək əməkdaşlıq çərçivəsində İqtisadiyyat İnstitutunun əməkdaşlarının tələbələr üçün keçirilən seminar və konfranslarda məruzələri ilə çıxış edəcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə