9 oktyabrda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) təbliğat qrupu öz işini davam etdirir. SİA-nın məlumatına görə, bu tədbirlər çərçivəsində Biləsuvar rayonunun Çaylı kəndində təbliğatçılarla seçicilərin görüşü keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəzə Həsənov, Filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Universitetinin kafedra müdiri Fikrət Cahangirov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev iştirak ediblər.
YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev son 10 ildə Azərbaycanın dünyaya və Avropaya güclü inteqrasiyasından söhbət açıb. Azərbaycan Respublikasında həyata keçirilən yeni infrastruktur layihələrdən, sosialyönümlü islahatlarlardan danışan Təşkilat sədri, əldə edilən nailiyyətlərin məhz ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildiyini vurğulayıb. O, Çaylı kəndinin seçicilərini prezident seçkilərində YAP- ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.
Seçicilər qarşısında çıxış edən Siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəza Həsənov son 10 ildə ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasətdən, güclü idarəçilik sistemindən söhbət açıb. O, kənd seçicilərini ölkə Prezidenti cənab İlham Əliyevə səs verməyə çağırıb.
Filologiya elmləri doktoru, professor Fikrət Cahangirov Respublikada ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən elm, təhsil, mədəniyyət, gənclər və idmanın inkişafı sahəsində aparılan siyasətdən danışıb. Natiq əmin olduğunu bildirib ki, bütün biləsuvarlılar kimi Çaylı kəndinin seçiciləri də cənab İlham Əliyevə səs verəcəklər.
Görüşdə çıxış edən kənd sakinləri təqaüdçü Əvəz Ağayev, kənd tam orta məktəbinin direktoru Tapdıq Mikayılov, gənc müəllimə Aidə Əliyeva bildiriblər ki, artıq onlar öz seçimlərini ediblər. 9 oktyabr 2013-cü il tarixdə keçiriləcək Prezident seçkilərində Çaylı kəndinin seçiciləri bir nəfər kimi ölkə Prezidenti cənab İlham Əliyevə səs verməklə, davamlı, dinamik inkişafa, tərəqqiyə, xoşbəxt gələcəyə, sülh və əmin-amanlığa səs verəcəklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB