AMEA-nın yeni loqosu təsdiqləndi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında Akademiyanın yeni loqosu təsdiq edilib. SİA xəbər verir ki, AMEA-da həyata keçirilən yeni islahatlar arasında Akademiyanın cəmiyyətdə korporativ imicinin formalaşdırılması və təbliğinin əsas istiqamətlərdən olduğu qeyd edilib. AMEA RH-nin qərarı ilə AMEA-nın tünd qırmızı rəng çalarında dairəvi formada, akademiyanın Əsas binasının qrafiki təsvirinin əks olunduğu loqosu təsdiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə