AMEA Rəyasət Heyətinin iclası keçirilib

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. SİA xəbər verir ki, iclasda çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər barədə məlumat verib. AMEA Fizika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov və fizika üzrə fəlsəfə doktoru Zakir Cahangirlinin həmmüəllifi olduqları "Yeni nəsil hesablama texnikası üçün spin-polyarlaşmış sistemlər: topoloji izolyatorlar" mövzusunda elmi məruzə ilə çıxış ediblər.

Zakir Cahangirli deyib ki, topoloji izolyatorların (Tİ) kəşfi bərk cisimlərin kvant fizikasında yeni eranın başlanğıcının əsasını qoyub: "Tİ-nin kəşfi fizika və kimya sahəsində intensiv tədqiqatların aparılmasına təkan verib. Bu sahədə dünyanın qabaqcıl elmi mərkəzlərində mühüm araşdırmaların aparılır. Müxtəlif materialları və ya səthləri ayıran inter-səthlərin rolu, spin-polyarlaşmasının yaradılması və ölçülməsi, spin-koherentliyinin uzun müddət saxlanılması problemlərinin həllinə yönəlmiş bu tədqiqatların yeni spintronik tətbiqlər üçün fundamental əhəmiyyət kəsb edir.

Məruzədən sonra tədqiqatların genişləndirilməsi və gənc alimlərin xarici ölkələrdə təcrübə keçməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı qərarlar qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə