Lənkəranın Veravul və Osaküçə kəndlərində seçicilərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürdüyü Prezident İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını yüksək səviyyədə həyata keçirir. SİA-nın məlumatına görə, növbəti görüş Lənkəran kənd seçki dairəsindən deputat seçilmiş, Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP-ın təbliğat-təşviqat qrupunun üzvü Hadı Rəcəblinin iştirakı ilə rayonun Osaküçə və Veravul kəndlərinin seçiciləri ilə keçirilib.
Tədbirdə çıxış edən Hadı Rəcəbli YAP-ın prezidentliyə namizədi İlham Əliyevin ölkəmiz və Lənkəran üçün gördüyü işlərdən danışıb və onun alternativsiz lider olduğunu bildirib. Komitə sədri qeyd edib ki, 10 illik prezidentliyi dövründə İlham Əliyev Azərbaycanı dünyanın ən öndə gedən, qlobal layihələrə imza atan ölkəsi kimi tanıda bilib: "Azərbaycan gənc müstəqil dövlət olsa da, sürətlə inkişaf edir, bölgədə, dünyada yeri və rolunu möhkəmləndirir, beynəlxalq münasibətlər sisteminin aparıcı qüvvəsinə çevrilir. Ölkəmizin bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər qurmaq prinsipini həyata keçirdiyi siyasətin önündə saxlaması uğurların davamlılığını şərtləndirən əsas amillərdən biridir. Uğurla gerçəkləşən layihələr daha yeni layihələr üçün zəmin yaradır. Bu gün Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınması da gerçəkləşdirdiyi layihələrin nəticəsidir. Bütün bunlar isə Ulu öndər Heydər Əliyevin başladığı, Cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir. Məhz bu siyasət nəticəsində biz bu gün rahat və firavan şəkildə yaşaya bilirik. Buna görə də hesab edirəm ki, ölkəsini, dövlətini düşünənlər bundan sonra da qüdrətli Azərbaycana öz səslərini verəcəklər".
Tədbirin sonunda çıxış edən kənd sakinləri də uğurlu gələcək və qüdrətli dövrlər naminə Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB