Paytaxt dumana bürünəcək

"Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, paytaxtda və yarımadada oktyabrın 3-də havanın temperaturu gecə 16-19, günün birinci yarısında 28 dərəcəyədək yüksələcək, axşama doğru 16-18 dərəcə isti olacaq.

Məlumata əsasən, ölkənin rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir: "Günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq yağış yağacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Bölgələrdə havanın temperaturunun gecə 13-18, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə