“Cihan”: “Azərbaycan seçicisi “İlham Əliyev” deyir”

“Cihan”: “Azərbaycan seçicisi “İlham Əliyev” deyir”

Azərbaycanda ictimai sorğular "Əliyev" deyir. Bu barədə Türkiyənin "Cihan" agentliyi yazıb. Məqalədə bildirilir ki, Azərbaycanda prezident seçkiləri yaxınlaşması ilə ictimai sorğular da sürətlənib. Sonuncu dəfə keçirilən sorğuda 9 oktyabrda keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri və Prezident İlham Əliyev rəqiblərindən xeyli öndə görünür.

"The European Centre for Survey Research" şirkəti 18 yaşdan yuxarı olan 1500 nəfər arasında sorğu aparıb. Sorğuda iştirak edənlər 88,7 faizi İlham Əliyevə səs verəcəklərini deyib. Azərbaycanın rəsmi dövlət xəbər agentliyi AzərTAc-ın məlumatına görə, sorğunun nəticələri Dünya Dəyərlər Araşdırmalar Dərnəyi (WVSA) tərəfindən yoxlanılıb.

Sorğuda prezident seçkiləri ilə yanaşı, iştirakçılardan ən önəmli demokratik dəyərləri də soruşulub.

İlk üç sırada, demokratiya, fikir azadlığı (48 faiz), azad və şəffaf seçki (36,6 faiz), insan haqları və azadlıqlarının qorunması (30,3 faiz) yer alıb.

Sorğunun nəticələrinə görə, Azərbaycanda demokratiyanın vəziyyəti ümumi mənada yaxşıdır. Ölkədə demokratiyanın durumu ilə bağlı məmnun olduqlarını dilə gətirənlərin sayı əhalinin sayının böyük hissəsini təmsil edib. Son 10 ildə demokratiyanın inkişafı, mətbuat azadlığının inkişaf yolu keçdiyi xüsusi olaraq vurğulanıb.

Ölkədə demokratiyanın vəziyyəti və seçkilərdə xalqın aktivliyininin araşdırıldığı sorğunun nəticələrinə görə, azərbaycanlılar bu ilki prezident seçkilərinə hər zaman olduğu kimi yüksək faizlə qatılacaqlarını deyiblər. Sorğuya görə, seçicilərin 82 faizdən çoxunun seçkilərdə iştirakı gözlənilir. Səs vermək istəməyənlərin sayı isə 11,8 faizdir.

Qeyd edək ki, prezidentliyə namizədlər YAP namizədi İlham Əliyevlə yanaşı, İqbal Ağazadə (Ümid Partiyası), Zahid Oruc (müstəqil), Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası), Hafiz Hacıyev (Müasir Müsavat Partiyası), Araz Əlizadə (Azərbaycan Sosial-Demokrat Partiyası), Fərəc Quliyev (Milli Dirçəliş Partiyası), Cəmil Həsənli (Demokratik Qüvvələrin Milli Şurasının təmsilçisi), İlyas İsmayılov (Ədalət Partiyası) və Sərdar Cəlaloğludur (Azərbaycan Demokrat Partiyası).

Bütün xəbərlər Facebook səhifəmizdə