"Müxtəlif dini icma və din xadimləri üçün təlimlər keçiriləcək". SİA-nın məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov jurnalistlərə açıqlama verərkən deyib. O bildirib ki, təlim Milli Tolerantlıq Mərkəzinin layihəsi çərçivəsində baş tutacaq.
Komitə sədrinin sözlərinə görə, təlimlər üç istiqamətdə həyata keçiriləcək: "Bunlar din sahəsində maarifləndirmə, natiqlik qabiliyyəti və radikal dini düşüncələrlə mübarizə istiqamətləridir. Hər təlim təxminən 10 gün davam edəcək. Burada 20-dək din xadimi iştirak edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB