Komitə sədri: “Orta məktəblərdə dini dərslər məcburi şəkildə keçirilə bilməz”
"Orta məktəblərdə dərsliklərdə istər islam dininin əsasları, istərsə də müxtəlif dinlərin tarixləri ilə bağlı bilgilər verilir". SİA-nın məlumatına görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, bununla əlaqədar, həm "Həyat bilgisi" fənni, həm də fakültətiv səviyyəli dəsrlər keçirilir.
Komitə sədrinin sözlərinə görə, orta məktəblərdə dini dərslər məcburi şəkildə keçirilə bilməz: "Məktəblərdə dini maarifləndirmə işi könüllü şəkildə həyata keçirilməlidir. Valideynlərin və şagidlərin razılığı olduğu təqdirdə dini dərslərin fakültətiv şəkildə həyata keçirilməsi istiqamətində proqramlar var. Bu məsələdə dini icmalar da fəal olmalıdırlar. Çünki din haqqında düzgün bilgilərin verilməsi, maarifləndirmə işi, ilk növbədə onların funksiyalarıdır".
E. İskəndərov qeyd edib ki, bununla əlaqədar İslam Konfransı Gənclər Forumunun da ayrıca proqramı var: "Bu yaxınlarda məktəb müəllimləri üçün təlimlərin keçirilməsi nəzərdə tutulur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB