Elşad İskəndərov: “Bəzi qruplar Azərbaycana xaricdən radikal dünyagörüşü gətirməyə cəhd edir”

Elşad İskəndərov: “Bəzi qruplar Azərbaycana xaricdən radikal dünyagörüşü gətirməyə cəhd edir”

"Din pərdəsi altında fəaliyyət göstərən bəzi qruplar Azərbaycana xaricdən radikal dünyagörüşü gətirməyə cəhd edir, burada təşəkkül tapan tolerant modelə zərbə vurmağa çalışırlar". SİA-nın məlumatına görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda respublika konfransında bilidirib.

Komitə sədri bildirib ki, Azərbaycan dövləti insanları radikalizmlə mübarizəyə dəvət edir: "Çox təəssüf ki, bəzi cərəyanlar din pərdəsi altında başqa işlərlə məşğul olur, dövlətin mövcud modelini təhlükə altına almağa çalışırlar. Təkfirçiliklə məşğul olan qruplar islama zərbə vurur. Təkfirçilik, xəvariclik psixologiyası məzhəb tanımır. Onlar hər məzhəbdə öz tərəfdarlarını müxtəlif şüarlar altında öz ətrafında birləşdirirlər. Onlar peyğəmbərin yolunu deyil, bütləşdirdikləri insanları özlərinə rəhbər seçirlər. Onlarla inzibati yollarla mübarizə aparmaq yox, dini maarifləndirmə işini gücləndirmək lazımdır. Bu baxımdan DQİDK dini qurumlarla sıx əməkdaşlıq edir. Mübarizə aparmaq üçün öz dini dəyərlərimizi qorumalı, mənəvi-əxlaq baxımdan kamilləşməli, ən əsası maarifləndirmə işini yüksəltməliyik. Belə olan halda gələcək nəsillərə, övladlarımıza sağlam gələcək ötürə bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə