Avropa Tələbələr Birliyinin (ATB) tamhüquqlu üzvü olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Avropa ölkələrinin tələbə təşkilatları ilə əlaqələrini möhkəmləndirib. SİA-ya verilən məlumata görə, cari ilin 20-26 sentyabr tarixində ATGTİ-nin Litvada səfərdə olan beynəlxalq əlaqələr departamentinin direktoru Toğrul Məmmədli və təşkilatın mətbuat katibi Hüseyn İsmayılov Litva və Portuqaliya tələbə təşkilatları ilə görüşlər keçiriblər.
Qeyd edək ki, Litva Tələbələr Birliyi ilə əldə olunan razılığa görə iki təşkilat arasında genişmiqyaslı beynəlxalq layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin də Portuqaliya Tələbə Birliyi ilə gələcəkdə birgə layihələrin reallaşdırılması üçün yeni əlaqələr qurulub.
Qeyd edək ki, ATGTİ 2012-ci ildən ATB-nin tamhüquqlu üzvüdür və mütəmadi olaraq ATB-nin təşkil etdiyi konvensiyalarda və ildə iki dəfə baş tutan ATB-nin idarə heyətinin iclaslarında iştirak edir.
ATB-nin idarə heyətinin baş tutacaq növbəti iclası cari ilin noyabr ayında Xorvatiyada keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB