Bu gün Biləsuvar rayonunun Xırmandalı kəndində təbliğatçılarla seçicilərin görüşü olub. SİA-nın verdiyi məlumata görə, görüşdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəzə Həsənov, Filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Universitetinin kafedra müdiri Fikrət Cahangirov iştirak edib.
Görüşü YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev açaraq son 10 ildə Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasətdən danışıb. Natiq Azərbaycan Respublikasında həyata keçirilən yeni infrastruktur layihələrdən, sosialyönümlü islahatlardan söhbət açaraq əldə edilmiş nəaliyyətlərin məhz ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildiyini qeyd edərək Xırmandalı kəndinin seçicilərini 09 oktyabr 2013-cü ildə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəza Həsənov seçicilər qarşısında çıxış edərək son on ildə Azərbaycanda həyata keçirilən güclü idarəçilik sistemindən, Azərbaycanın xarici siyasətdə qazandığı uğurlu nəaliyyətlərdən söhbət açaraq kənd seçicilərinin ölkə Prezidenti cənab İlham Əliyevə səs verməyə çağırıb.
Filologiya elmləri doktoru, professor Fikrət Cahangirov Prezident İlham Əliyevin elm, təhsil, mədəniyyət, gənclər və idmanın inkişafı sahəsində həyata keçirdiyi siyasətdən danışıb. Natiq əmin olduğunu bildirib ki, bütün biləsuvarlılar kimi Xırmandalı kəndinin seçiciləri də ölkə Prezidenti cənab İlham Əliyevə səs verəcəklər.
Görüşdə kənd sakinlərindən Möhübbət Yaqubov, Zərxanım Həsənova, Habil Səfərov çıxış edərək bildiriblər ki, artıq onlar öz seçimlərini etmişlər. 09 oktyabr 2013-cü il tarixdə keçiriləcək Prezident seçkilərində Xırmandalılar bir nəfər kimi ölkə Prezidenti cənab İlham Əliyevə səs verməklə davamlı inkişafa, xoşbəxt gələcəyə, sülh və əmin-amanlığa səs verdiklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB