İcra başçısı Xolmili və Şıxəkəran kəndlərində səyyar qəbul-görüş keçirib FOTOLAR
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü oktyabrın 1-də Xolmili və Şıxəkəran kəndlərində keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbirdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Lənkəran ŞİH başçısının Xolmili inzibati ərazi dairəsi üzrə nümayəndəsi Amil Əliyev və Şıxəkəran inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramin Səfərov məlumat verərək bildiriblər ki, Xolmili kəndində 802 təsərrüfatda 2425 nəfər, Şıxəkəran kəndində isə 850 təsərrüfatda 3080 nəfər əhali yaşayır.
Sonra Xolmili kənd sakinlərindən Güloğlan Bağırov, İsa Əliyev, Vəsilə Məmmədova, Şıxəkəran kənd sakinlərindən Vaqif Əsədov, Muxtar Əzizov və Vaqif Kərimov çıxış edərək ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, hər iki kəndin ərazisindən keçən Şürük-Vel-Qamışovka avtomobil yolunun əsaslı surətdə təmirinə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında olan xidmətlərindən, hazırda cənab Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsindən, Lənkəranda aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərinə görə İcra başçısı Taleh Qaraşovun həyata keçirdiyi tədbirlərdən danışıb, qarşıdan gələn prezident seçkilərində ərazidə yaşayan sakinlərin fəal iştirak edərək dövlət başçısı İlham Əliyevə yekdilliklə səs verəcəklərini söyləyiblər.
Sonra ayrı-ayrı kənd sakinləri şəxsi xahiş və problemləri ilə İcra başçısına müraciət ediblər.
Səyyar qəbul-görüşü yekunlaşdıran Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov rayonda əldə edilən nailiyyətləri cənab Prezidentin Lənkərana göstərdiyi diqqət və qayğının nəticəsi kimi qiymətləndirib.
İcra başçısı qeyd edib ki, ölkə Prezidenti daim Azərbaycanı qarış-qarış gəzir, vətəndaşların gün-güzəranının, yaşayışının daha da yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görür, sərəncamlar və fərmanlar imzalayır, iri həcmli layihələr həyata keçirir. Dövlətimizin büdcəsi sosial yönümlüdür. Hər bir Azərbaycan vətəndaşı cənab Prezidentin atdığı bu addımları dəstəkləyir, ürəkdən bəyənir.
Taleh Qaraşov möhtərəm Prezidentimiz İlham Əliyevin Lənkəran rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair imzaladığı sərəncamların uğurla icra edilməsindən, rayonun dinamik inkişafının bundan sonra da davam edəcəyindən söz açıb, Lənkəranın daha da çiçəklənəcəyini əminliklə söyləyib, hamını dövlət başçısının ətrafında sıx birləşməyə çağırıb.
İcra başçısı sonda bugünkü səyyar qəbul-görüş zamanı qaldırılan təkliflərin daim diqqətdə saxlanılacağını və qısa zaman kəsiyində yerinə yetiriləcəyini bildirib.
Sərraf Mirsəfəroğlu


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB