Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı tərəfindən təbliğat-təşviqat kampaniyası yüksək səviyyədə davam etdirilir. SİA-nın məlumatına görə, YAP Şəmkir rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində Şəmkir rayonunun Səməd Vurğun kəndində seçicilərlə görüş keçirib.
Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və Elmlər doktoru, professor, Azərbaycan Dövlət Tibb Universitetində kafedra müdiri Vaqif Şadlinski iştirak ediblər.
Tədbir iştirakçıları qeyd ediblər ki, bu gün ölkəmiz sürətlə inkişaf edir və əldə etdiyimiz nailiyyətlər Ulu öndər Heydər Əliyevin zamanında müəyyən etdiyi strateji xəttin uğurla həyata keçirilməsinin nəticəsidir: "Azərbaycanın adını daim zirvələrə daşıyan Ulu öndər Heydər Əliyevin siyasi kursunun Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən növbəti 5 ildə də davam etdirilməsi üçün hər kəsi inkişafın davamlılığının təminatçısına- İlham Əliyevə səs verməyə çağırırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB