Gəncəlilər: "Fəxr edirik ki, İlham Əliyev kimi qətiyyətli, cəsarətli prezidentimiz var"
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülən cənab İlham Əliyevin YAP Gəncə şəhər Təşkilatı tərəfindən təbliğat – təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirilib. YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyevin, Təşkilatın İdarə Heyəti və Şura üzvlərinin, təbliğat – təşviqat qrupunun üzvlərinin, partiya fəallarının, ictimaiyyətin nümayəndələri və seçicilərinin iştirak etdiyi görüş mütəşəkkilliyi, insanların coşqusu və yüksək əhval – ruhiyyəsi ilə diqqət çəkib.
Tədbirdə çıxış edən YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev dünya azərbaycanlılarının həmrəyliyindən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasından, Respublikasının uğurlarından, gələcək perspektivlərindən bəhs edib: "Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 2003 – 2013 – cü illərdə xarici siyasət konsepsiyasında diaspor quruculuğu işinin daha da təkmilləşdirilməsi, dünya azərbaycanlıları arasında ideya birliyinin möhkəmləndirilməsi, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsi, onların vahid ideologiya və məqsədlər ətrafında birləşməsi əsas yer tutub. Bu diqqət və qayğını yüksək dəyərləndirməklə, 9 oktyabr Prezident seçkiləri günü hamımız bir nəfər kimi seçki məntəqələrinə gələrək, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməliyik!"
Tədbirdə çıxış edənlər YAP Gəncə şəhər Təşkilatının Şura üzvü Kamil Fətəliyev, ADAU-nun professoru, Ağsaqqallar Şurasının sədri Xalid Qurbanov, GDU-nun prorektoru Muğan Quliyev, GDU-nun dosenti, kafedra müdiri Vüsalə Veysəlova, GDU-nun dosentləri Asif Cavadov, Bayram Apoyev, "Xəzər" Təhsil Mərkəzinin nümayəndəsi Raqif Hüseynov xalqı Ulu Öndər Heydər Əliyev yolunun layiqli davamçısı cənab İlham Əliyevə səs verməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB