Leriklilər hər zaman İlham Əliyevə sadiq olduqlarını bildiriblər
Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Seçki Qərargahının Lerik rayon şöbəsinin təbliğat qrupu üzvləri rayonun Vizəzəmin kənd inzibati ərazi dairəsinə daxil olan Vizəzəmin, Hamarmeşə, Sivəkəran, Peştətük, Almu, Təbrizli, Sipyəreğon, Kornədi və Kıncıvo kəndlərindən olan seçicilərlə görüş keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov son illər Respublikanın hər yerində olduğu kimi, Lerik rayonunda cənab İlham Əliyevin qayğı və diqqəti ilə həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri haqqında geniş məlumat verib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyevin aktiv fəaliyyəti nəticəsində son 10 ildə Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilib.
Sonda tədbir iştirakçıları da çıxış edərək İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğıdan razılıqlarını bildiriblər. Qeyd olunub ki, leriklilər həmişə Heydər Əliyev siyasətinə sadiq olublar və 9 oktyabrda da hamılıqla onun layiqli davamçısı İlham Əliyevə səs verəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB