Biləsuvarlılar davamlı inkişafa- İlham Əliyevə səs verəcəklər

Biləsuvarlılar davamlı inkişafa- İlham Əliyevə səs verəcəklər

Prezident seçkiləri ilə əlaqədar Biləsuvar rayonunun Xırmandalı kəndində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab İlham Əliyevin təbliğat qrupunun üzvləri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəzə Həsənov, Filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Universitetinin kafedra müdiri Fikrət Cahangirov son 10 ildə Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasətdən danışıblar.

Görüşdə çıxış edən kənd sakinləri Möhübbət Yaqubov, Zərxanım Həsənova və Habil Səfərov bildiriblər ki, artıq onlar öz seçimlərini ediblər. Belə ki, 9 oktyabrda keçiriləcək prezident seçkilərində Xırmandalılar bir nəfər kimi ölkə Prezidenti cənab İlham Əliyevə dəstək olmaqla, davamlı inkişafa, xoşbəxt gələcəyə, sülh və əmin-amanlığa səs verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə