Bərdədə təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir

Bərdədə təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. SİA-nın Qarabağ bürosundan verilən məlumata görə, kampaniya çərçivəsində minlərlə rayon sakinlərinin iştirakı ilə möhtəşəm mitinq-konsert keçirilib. Tədbirdə bir çox millət vəkilləri ilə yanaşı, Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev iştirak ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycanın gələcək inkişafı naminə seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, sonda respublikanın tanınmış incəsənət xadimləri konsert proqramı ilə çıxış ediblər.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə