2020-ci ilə qədər pensiyaların məbləği 350 manata çatacaq
Gələn il yanvarın 1-dən pensiyaların sığorta hisssəsi artırılacaq. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov xəbər verib. O bildirib ki, artım ölkədə infilyasiya səviyyəsinə uyğun olaraq indeksləşdirilərək artırılacaq.
Açıqlaması zamanı S. Müslümov həmçinin bildirib ki, Azərbaycanda 2020-ci ilə qədər pensiyaların məbləği 350 manata çatacaq: "2020-ci ilə qədər Azərbaycanda adam başına düşən orta aylıq əmək haqqı 690 manat olacaq. Əgər bunun 50 faizini götürsək, o zaman pensiyanın məbləğini 350 manata çatdırmaq mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB