Səlim Müslümov: “Ən çox pensiya alanlar Gədəbəy rayonundadır”

Səlim Müslümov: “Ən çox pensiya alanlar Gədəbəy rayonundadır”

"Azərbaycanda ən çox pensiya alan ahıl vətəndaşlarımız Gədəbəy rayonundadır". SİA-nın məlumatına görə, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, DSMF-nin Azərbaycanda ahıl pensiyaçıların xüsusi sayı ilə bağlı apardığı tədqiqatın nəticəsinə görə, digər iki və üçüncü yerləri Quba, Qusar və Qobustan rayonları təşkil edir.

Onun sözlərinə görə, Cəbrayıl, Xocalı, Xocəvənd, Şuşa xüsusi çəkisi ən az olan məcburi köçkün rayonlarıdır. "Eyni zamanda Mingəçevir, Şirvan, Lənkəran rayonlarında da pensiya alan ahıl vətəndaşlarımızın sayı azlıq təşkil edir. Hazırda DSMF respublikanın müxtəlif ərazilərində yaşayan ahıl pensiyaçılarımızın sosial hüquqlarının təmin olunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin görülməsi üçün müvafiq təqdiqatlar aparır".

Bütün xəbərlər Facebook səhifəmizdə