Şəmkirdə YAP fəalları və seçicilərlə görüş keçirilib

Şəmkirdə YAP fəalları və seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı tərəfindən təbliğat-təşviqat kampaniyası Şəmkir rayonunda yüksək səviyyədə davam etdirilir. SİA-nın məlumatına görə, YAP Şəmkir rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində Şəmkirdə YAP fəalları və seçicilərlə görüş keçirib. Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri, Seçki Qərargahının Şəmkir rayon şöbəsinin sədri Fəxrəddin Vəliyev, YAP Şəmkir rayon Seçki qərargahının üzvləri Hüseyn Salmanov və Pirverdi Bayramov iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, bu gün ölkəmiz sürətlə inkişaf edir və əldə etdiyimiz nailiyyətlər Ulu öndər Heydər Əliyevin zamanında müəyyən etdiyi strateji xəttin həyata keçirilməsinin nəticəsidir: "Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycan dövləti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən daha da gücləndirilir, inkişaf etdirilir. Məhz Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilib. Ölkə başçısının bizi gələcəkdə daha böyük uğurlara aparması üçün xalqımız oktyabr ayında keçiriləcək seçkilərdə İlham Əliyevə səs verəcək".

Daha sonra tədbirdə çıxış edən YAP Şəmkir rayon Seçki qərargahının üzvləri qeyd ediblər ki, ümumiyyətlə dövlət idarəçiliyi təcrübə tələb edir: "Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi varisidir və onun siyasətinin davamçısıdır. Güclü Azərbaycanı güclü lider qura bilər. Güclü lider isə bütün səviyyələrdə xalqın maraqlarını qorumağa qadir olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə