Astarada gənc seçicilərlə görüş keçirilib

Astarada gənc seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülən cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində Astarada gənc seçicilərlə görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP rayon Təşkilatının sədr müavini Faiq Həsənov, YAP rayon Gənclər Birliyinin sədri Renat Fərzəliyev, YAP rayon Qadınlar Şurasının sədri Aygül Məmmədova, Akademik Sudeyf İmamverdiyev və rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev iştirak ediblər. Görüşdə çıxış edən YAP Astara rayon Təşkilatının sədri Firudin Əhmədov gənclərə 9 oktyabrda keçiriləcək seçkinin əhəmiyyətindən, rayonda görülən abadlıq-quruculuq işlərindən danışıb.

O qeyd edib ki, 16 sentyabrdan başlayan təbliğat-təşviqat kampaniyası, bütün regionlarda da uğurla davam etdirilir: "YAP Astara rayon gəncləri bu kampaniyada fəal iştirak edirlər. Biz əminik ki, cənab İlham Əliyev növbəti 5 ildə də Azərbaycan Respublikasının prezidenti seçiləcək. Çünki xalqımız İlham Əliyevi dəstəkləyir. O, Ulu öndər Heydər Əliyevin siyasi kursunun sədaqətli və layiqli davamçısıdır. Biz parlaq gələcəyimizi yalnız cənab İlham Əliyevlə görürük. Çünki onun Azərbaycan Prezidenti olduğu 10 illik fəaliyyəti dövründə ölkənin bütün sahələri yüksək səviyyədə inkişaf edib. Cənab Prezident tərəfindən həyata keçirilən daxili və xarici siyasət xalqımızın rifahının yüksəldilməsinə, cəmiyyətin inkişafına və təhlükəsizliyinin təmin olunmasına istiqamətlənib.

Sonda çıxış edən gənc seçicilərdən İlhamə Məmmədova, Zamirə Mikayılova, Gülnar Məmmədova gənclərin 9 oktyabr prezident seçkisində seçimlərinin cənab İlham Əliyev olduğunu və onu dəstəkləyəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə