Lənkəranda prokurorluq işçilərinin peşə bayramı qeyd edilib FOTOLAR
1 oktyabr Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı Lənkəranda qeyd edilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, prokuroluq işçiləri ilk əvvəl şəhərimizin mərkəzində yerləşən Heydər Əliyev xatirə parkına gələrək ümummilli lider Heydər Əliyeyin abidəsini ziyarət edib önünə tər-gül dəstələri düzüblər. Daha sonra tədbir Lənkəran rayon prokurorluğunun inzibati binasında davam etdirilib.Yığıncağı giriş sözü ilə açan Lənkəran Rayon prokuroru Natiq Abdullayev prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralovun prokukroluq işçilərinə ünvanladığı təbrik məktubunun mətnini oxuyub. Daha sonra N.Abdullayev bildirib ki, çətin və şərəfli bir təkamül yolu keçmiş prokurorluq orqanları bu gün öz doğma xalqının və müstəqil dövlətinin hərtərəfli dəstəyinə arxalanaraq dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirir, qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində öz xidmətlərini göstərirlər. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının Prokurorluğu sinfi mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunması, cinayətkarlıqla mübarizə, qanunçuluğun və hüquq qaydalarıının qorunmasına xidmət edən orqana çevrilməklə sivil və demokratik inkişaf yolu keçib. Prokuror Natiq Abdullayev əlavə edib ki, Heydər Əliyev prokurorluq orqanlarına həmişə diqqət və qayğı ilə yanaşıb.Onların sosial və maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görüb. Məhz ulu öndər Heydər Əliyevin sərancamı ilə hər il oktyabrın 1-i respublikamızda prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd olunur. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dövründə də bütün hüquq mühafizə, ədliyyə, məhkəmə və xüsusi xidmət orqanları, o cümlədən prokurorluq öz inkişaflarının məzmunca və keyfiyyətcə tamamilə yeni mərhələsinə qədəm qoyduğunu, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan həmin təsisatların işinin müasirləşdirilməsi istiqamətində çox mühüm addımlar atıldığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən rayon prokurorluğun əməkdaşları bildiriblər ki, bu gün dövlət başçısının dəstəyi ilə prokurorluqda davam etdirilən müasir məzmunlu islahat tədbirlərinin nəticəsidir ki, Azərbaycan Prokurorluğu yeni tələblərə uyğun təkmilləşdirilmiş mütərəqqi normativ-hüquqi bazası olan, yeni mütərəqqi iş prinsipləri və metodları əsasında fəaliyyət göstərən sivil dövlət təsisatına çevrilib, ədalətli prosedurlar əsasında kadr tərkibi mütəmadi olaraq yeniləşdirilən prokurorluğun kollektivinin və hər bir əməkdaşın məsuliyyət hissi artırılmaqla ciddi tələbkarlıq şəraiti formalaşdırılıb, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları təxirəsalınmadan aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizmi yaradılıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB