Bakı Biznes Universitetində korrupsiyanın olması ilə bağlı xəbərlər böhtandır AÇIQLAMA

Bakı Biznes Universitetində korrupsiyanın olması ilə bağlı xəbərlər böhtandır AÇIQLAMA

Bakı Biznes Unversitetinin (BBU) mətbuat xidməti bir sıra mətbu orqanlarda və saytlarda unversitetdə korrupsiya faktlarının olması barədə yayılmış məlumatlara münasibət bildirib. Bakı Biznes Unversitetinin mətbuat xidmətinin rəhbəri Mədət Məmmədov SİA-ya açıqlamasında deyib ki, yayılan məlumatlar tamamilə yalan və böhtan xarakteri daşıyır: "Son vaxtlar universitetimizlə bağlı bəzi mətbu orqanlarda heç bir fakta söykənməyən məlumatlar əksini tapıb. Ancaq biz çox böyük inamla deyə bilərik ki, həmin yazılar şayə xarakteri daşıyır və bizim kollektivin monolitliyinə xələl gətir. Bunun üçün də biz rəsmi olaraq həmin "mətbu orqanlar" haqqında Azərbaycan Mətbuat Şurasına müraciətlər etmişik. Artıq bu müraciətlər müsbət nəticəsini verib. Belə ki, Mətbuat Şurasının iclaslarında bu məsələlərə baxılıb və lazımı tədbirlər görülüb. Sübut olunub ki, doğrudan da həmin "mətbu orqanlar" heç bir fakta söykənmədən və qarşı tərəfi dinləmədən mətbuat haqqında qanunun tələblərini pozaraq Universitetimizin fəaliyyəti ilə bağlı qeyri-obyektiv yazılar dərc edib. Eyni zamanda məlum olub ki, həmin mətbu orqanların adları Mətbuat Şurasının "qara siyahı"sına salınıb".

Bütün xəbərlər Facebook səhifəmizdə