Lənkəranda Beynəlxalq Ahıllar günü qeyd edilib FOTOLAR

Lənkəranda Beynəlxalq Ahıllar günü qeyd edilib FOTOLAR

1 oktyabr Beynəlxalq ahıllar günü Lənkəranda təntənəli surətdə qeyd edilib. SİA-nın Cənub büosunun verdiyi verdiyi məlumata görə, tədbirə şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov, hüquq mühafizə orqanlarının rəhbərləri, ƏSMM-nin əməkdaşları, ahıl və kimsəsiz şəxslər qatııblar.

Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək ahılları Beynəlxalq Ahıllar günü münasibətilə təbrik edib. Bildirib ki, BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Azərbaycanda ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır. Beynəlxalq Ahıllar günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci il tarixdə "Ahıllara sosial xidmət haqqında" Qanun qəbul olunub. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.

Azərbaycanda yaşlı insanların problemlərinə həssas münasibət bu gün də mövcuddur. "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı"na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir.

Yaşlı nəsililn problemlərinin həlli Rayon İcra hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Problemlərin həllinə rayonda fəaliyyət göstərən ictimai birlik və cəmiyyətlər cəlb olunurlar. Azərbaycan "Qızıl Aypara" Cəmiyyətinin rayon bölməsi, rayon Veteranlar Şurası, rayon Ağsaqqallar Şurası fəallıqları ilə fərqlənirlər.

Daha sonra tədbirdə Milli Qəhrəman atası Ələkbər Əliyev, rayon ictimaiyyətinin nümayəndələri və ahılllar çıxış edərək bu zümrədən olan insanlarin sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə danışmış, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin təşəkkürlərini bildiriblər.

Tədbirdə Qızıl Aypara Cəmiyyəti tərəfindən Böyük Vətən Müharibəsi iştirakçısı Məmmədqasım Əkbərova əlil arabası təqdim edilib, Sosial-müdafiə Mərkəzi tərəfindən 65 nəfərə ərzaq paketi verilib

"1 oktyabr-Beynəlxalq Ahıllar günü" münasibəti ilə keçirilən tədbirdə rayon mədəniyyət şöbəsinin bədii kollektivi maraqlı konsert proqramı ilə çıxış edib.

Qeyd edək ki, Lənkəran rayonunda hazırda 146 nəfər ahıl, kimsəsiz və əlil yaşayır. Onların hamısı dövlət tərəfindən təqaüdlə təmin olunublar və əksəriyyəti ailələrdə yaşayırlar.Rayonda yaşayan tənha və başqasının köməyinə ehtiyacı olan ahıl insanlara evdə qulluq həyata keçirilir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə