1oktyabr – Ahıllar günü münasibəti ilə Qaradağ rayon İcra Hakimiyyətində tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev, aparatın şöbə müdirləri və ahıllar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev Ahıllar günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. O, respublikanın bütün bölgələrində olduğu kimi, rayonumuzda da ahıllara böyük hörmət və diqqət göstərildiyini qeyd edib: "Respublikamızda ahıl insanlara dövlət qayğısının ildən-ilə artır. Beynəlxalq Ahıllar gününün ölkəmizdə 1993-cü ildən qeyd olunur. Qeyd edim ki, Ümummilli lider Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb. Xatırladım ki, 22 iyun 2001-ci il tarixində "Ahıllara sosial xidmət haqqında" Qanun imzalanıb. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər belə ahıl hesab olunur. Bu gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaşa görə əmək pensiyasının baza hissəsinin eləcə də, sığorta hissəsinin artırılması ilə bağlı imzaladığı mütəmadi sərəncamlar dövlət qayğısının təcəssümü kimi qiymətləndirilir".
Tədbirdə çıxış edən Qızıldaş qəsəbə Ağsaqqllar Şurasının sədri Sərdar Hüseynov göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə ahıllar adından təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycanımızın müstəqil dövlət kimi dünyanın böyük, nəhəng dövlətləri ilə bir cərgədə addımladığı dövrdə ağsaqqal sözü, ahıl məsləhəti gənclərə hələ çox lazımdır.
Bütün dünyada beynəlxalq təşkilatlar tərəfindən hər il "Ahıllar günü" münasibəti ilə geniş həcmli tədbirlər həyata keçirilir, kimsəsiz qocalara yardımlar göstərilir: "Yaşlı nəslə, xüsusən də qocalara, ahıllara, ağsaqqallara dayaq durmaq, onlara kömək göstərmək hər birimizin mənəvi borcumuzdur. Çünki yetişməkdə olan gənc nəslin bu ruhda tərbiyələnməsi üçün bunlar vacib şərtlərdən biridir. Bu haqda müdrik atalarımızın daha gözəl kəlamı var. "Qocalara hörmət et, səndə qocalacaqsan!" Ağsaqqallar həmişə respublikamızda gedən seçki və referendumlarda, ölkəmizin taleyüklü məsələlərinin həllində fəal iştirak ediblər. Bu fəaliyyətlərinə görə də onlar daim təşəkkürə layiqdirlər".
Qeyd edək ki, tədbirin sonunda Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən 150 nəfər ahıla ərzaq yardımı edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB