Buzovna çimərliyində təmizlik aksiyası keçirilib

Buzovna çimərliyində təmizlik aksiyası keçirilib

Sentyabrın 28-də "Beynəlxalq Xəzər həftəsi" çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər" ASC tərəfindən növbəti iməcilik aksiyası keçirilib. SİA-ya verilən məlumata görə, "Təmiz Şəhər" ASC ənənəvi olaraq ildə 2 dəfə - çimərlik mövsümündən öncə və sonra təmizlik aksiyaları təşkil edir. "Təmizlik naminə!" şüarı altında keçirilən bu dəfəki aksiya çərçivəsində Buzovna çimərliyinin sahili müxtəlif tullantılardan təmizlənib.

Aksiyanın əsas məqsədi ictimaiyyətin diqqətini çimərliklərin zibillənməsi probleminə cəlb etmək və təbiətə ziyanın mümkün qədər azaldılmasıdır.

İməciliyə 150-ə yaxın könüllü qoşularaq çimərliyi plastik qablardan, kağız, karton və digər məişət tullantılarından təmizləməklə ətraf mühitin mühafizəsi işinə töhfələrini veriblər.

Buzovna çimərliyinin təmizlənməsi nəticəsində toplanmış tullantılar Balaxanı Şəhər Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə