Şagirdlərə “İşıqlı həyat” layihəsi haqqında məlumat verilib FOTO

Şagirdlərə “İşıqlı həyat” layihəsi haqqında məlumat verilib FOTO

Gənclər və İdman Nazirliyinin Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Litvanın "MultiZoom" şirkətinin dəstəyi ilə birgə ölkəmizdə ilk dəfə "Qaranlıqda görün" şüarı altında həyata keçirdiyi "İşıqlı həyat" sosial yönümlü layihə çərçivəsində Bakı şəhəri Sabunçu rayon 252 nömrəli orta məktəbdə tədbir keçirilib. ATGTİ –dən SİA-ya verilən məlumata görə, Azərbaycanda ilk dəfə böyük və yeni sosial layihə olan "İşıqlı həyat"ın əsas məqsədi - Azərbaycan əhalisinin, xüsusən yeniyetmə və gənclərin gecə saatlarında yol təhlükəsizliyini təmin etmək, ölkəmizdə yol-nəqliyyat hadisələri zamanı baş verə biləcək ölüm faktlarının qarşısını almaqdır.

Tədbirdə layihənin əhəmiyyətliliyindən bəhs edilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb. Tədbirdə xüsusi olaraq hazırlanmış işıqqaytarıcıların paytaxtın orta və ali məktəblərində təmənnasız olaraq paylanacağı bildirilib.

Tədbirin sonunda məktəb şagirdlərinə işıqqaytarıcılar paylanılıb.

Qeyd edək ki, "İşıqlı həyat"a qoşulan hər kəs xüsusi işıqqaytarıcılarından istifadə edərək layihəyə dəstək verir, eyni zamanda, öz təhlükəsizliyini nisbətən təmin etmiş olur.

Bütün xəbərlər Facebook səhifəmizdə