Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və "Patriot" Peyntbol klubunun təşkilatçılığı ilə Bakı Sos Uşaq Kəndinin valideyn himayəsindən məhrum olan uşaqlar üçün peyntbol festivalı keçirilib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, festival Nərimanov rayonu Köndələn 3 ünvanında yerləşən "Patriot" Peyntbol Klubunda baş tutub.
Festivalın keçirilməsində məqsəd kimsəsiz valideyn himayəsindən məhrum olan uşaqların asudə vaxtlarının səmərəli təşkil etmək, silahdan davranış qaydalarını öyrətmək və vətənpərvərlik hisslərini aşılamaqdan ibarətdir. Həmçinin bu festival xeyriyyə məqsədi daşıyır və hər həftənin 3-cü günü digər internat məktəbləri üçün yuxarıda qeyd olunan ünvanda təşkil olunacaq.
Qeyd edək ki, kimsəsiz uşaqlara təşkil olunan festivalda iştirak etmək istəyənlər 070) 676-76-17 nömrəsinə zəng vura bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB