Aldanmamağa çalışın, çünki belə bir perspektivlə üz-üzəsiniz Ulduzların həftəlik məsləhəti

Aldanmamağa çalışın, çünki belə bir perspektivlə üz-üzəsiniz Ulduzların həftəlik məsləhəti

OĞLAQLARIN inkişafı üçün böyük imkanlar yaranacaqdır. Bu həftə gərgin işləyəcəksiniz. Səyləriniz hədər getməyəcək, işiniz həm maddi, həm də mənəvi baxımdan mükafatlandırılacaqdır. Bununla belə, imkan daxilində ağır işdən uzaq qaçmalısınız, çünki yorğunluq ruh düşkünlüyü, tərki-dünyalığa meyillilik yaradacaqdır.

DOLÇALAR avantüralı işlərdən ehtiyat etməlidirlər. Aldanmamağa çalışın, çünki belə bir perspektivlə üz-üzəsiniz. Özünüzə həddindən artıq güvənməyin. Bu həftə dönüb keçdiyiniz yola nəzər salmalısınız. Yaxşı olar, səhvlərinizi başa düşüb, onları düzəlməyə çalışasınız.

BALIQLAR ətrafdakı insanlara qarşı diqqəti artırmalıdırlar. İnformasiyanın yanlış yozulması həmkarlarla münasibətlərdə gərginlik yarada bilər, halbuki onlarla səmimi söhbət zamanı vacib məlumatlar əldə edib, varlanmağın yolunu tapa bilərsiniz. Bu günlər qumar oynamaq məsləhət deyil. Riski işlərə baş qoşmayın.

QOÇLAR ünsiyyətdə ehtiyatlı olmalıdırlar. Yalnız intuisiyanıza güvənməyin. İnandığınız adamlarla məsləhətləşin. Yoxsa ya işdə həmkarlarla, ya da evdə qohumlarla münaqişə yaranacaq. Çalışın ki, hamını mehribanlıqla yola verəsiniz, çünki səmimi münasibətləri bərpa etmək sonradan çox çətin olacaq.

BUĞALAR, yaxşı olar, işlərinizin vəziyyətini gözdən keçirəsiniz. Ola bilsin, müəyyən ideya və layihələrinizə əl gəzdirməli olacaqsınız. Perspektivsiz işlərə baş qoşmayın. Şəxsi həyatda münaqişə gözlənilir. Bunun qarşısını almaq üçün ilk növbədə özünüzə qarşı tələbkar olmalısınız.

ƏKİZLƏR maddi rifahlarını yaxşılaşdıra biləcək bir informasiyanı gözdən qaçıra bilərlər. Buna yol verməmək üçün bu həftə xüsusən həmkarlarla söhbət edərkən çox diqqətli olmalısınız. Maliyyə riskinə getmək məsləhət görülmür. Lazım gəlsə, öz maraqlarınızı qətiyyətlə müdafiə etməlisiniz.

XƏRÇƏNGLƏR şəxsi həyatlarındakı problemləri həll edəcəklər. Üstəlik, sahibkarlıq və kommersiya zəminində müvəffəqiyyət qazanacaqlar. Öz biznesinizə başlaya bilərsiniz, çünki vəziyyət işgüzarlığınızın artmasına rəvac verəcəkdir. Qohumlarınız sizə yardım göstərəcəklər.

ŞİRLƏR dönüb keçmişə baxmağa və yeni zirvələr fəth etməyə imkan verən yeni dövrə qədəm qoyurlar. Yeniliklər ilk növbədə sizin peşəkarlıq fəaliyyətinizə aid olacaqdır. Ehtimal ki, vəzifəniz artırılacaq, daha pullu işə keçəcəksiniz. İnanın ki, bütün bunlar böyük zəhmətinizin məntiqi nəticəsi olacaqdır.

QIZLARIN əli dəyən hər şey "qızıla" dönür. Hansı layihəyə başlasanız, onun uğurlu sonluğuna əmin ola bilərsiniz. Evinizdə səliqə-sahman yaradacaqsınız. Dostlar və qohumlar sizə baş çəkmək istəyəcəklər. Özünüzü həyatın içində hiss edəcəksiniz.

TƏRƏZİLƏR qüvvə və istedadlarını tətbiq etmək üçün yeni sahələr kəşf edirlər. Yaxın günlərdə yeni təkliflərə açıq olmaq üçün fəallıq və əzmkarlıq nümayiş etdirməlisiniz. Yaxşı nəticələr əldə edəcəksiniz. Həm işinizdə, həm də ictimai işlərdə uğurlar qazanacaqsınız.

ƏQRƏBLƏRƏ daha mötəbər vəzifə etibar olunacaqdır. Eyni zamanda maddi imkanlarınız artacaqdır. Hazırda karyera yüksəlişiniz üçün gözəl imkanlar yaranıb. Amma bunun üçün inadkarlıq və məqsədyönlülük nümayiş etdirməlisiniz. Çalışın ki, qərarlarınızı vaxtında verəsiniz. Tezliklə səylərinizin əvəzini artıqlaması ilə çıxacaqsınız.

OXATANLAR planlaşdırdıqları bütün işləri ən yüksək səviyyədə başa çatdıracaqlar. Bu həftə ruh yüksəkliyiniz, enerjiniz və təzə ideyalarınız ətrafdakılara da sirayət edəcəkdir. Onlar sizin bütün təşəbbüslərinizi dəstəkləyəcəklər. Xüsusən işdə böyük uğurlar qazanacaqsınız. Rəhbərlik təkliflərinizi diqqətlə dinləyəcək, onlara "yaşıl işıq" yandıracaq, həmkarlarınız və yaxınlarınız onların həyata keçməsinə yardımçı olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə