9 oktyabr Prezident seçkiləri ilə bağlı YAP Gəncə şəhər Təşkilatının keçirdiyi təbliğat–təşviqat görüşləri başladığı gündən indiyə kimi on minlərlə seçici bu tədbirlərdə iştirak edib, həyatımızın bütün sahələrində əldə olunan nailiyyətlərə, Gəncəyə və gəncəlilərə ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıq duyğularını dilə gətirməklə Prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklərini bəyan edirlər. Möhtərəm Prezidentimiz hər bir Azərbaycan vətəndaşının məhəbbət və rəğbətini doğma xalqına göstərdiyi misilsiz xidmətləri, səmimi münasibətilə qazanmışdır. Gəncəlilər bu fikirdədilər ki, cənab İlham Əliyev bizim alternativsiz liderimizdir və növbəti 5 illikdə yenə də Prezidentimiz olacaq!
Naqif Həmzəyev, YAP Gəncə şəhər Təşkilatının sədri:
- Bu gün müstəqil Azərbaycan demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir. İqtisadiyyatın inkişaf etdirilməsi, insanların rifahının yüksəlməsi və ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində Azərbaycanın simasının daha da yaxşılaşdırılması, regionlarımızın inkişafının təmin edilməsi baxımından 2013-cü ilin böyük layihələr və nailiyyətlər ili olacağına əminik. Bütün bunlar bir daha sübut edir ki, Prezident cənab İlham Əliyev ümumbəşəri dəyərlərə əsaslanan özünəməxsus inkişaf kursu ilə, demokratikləşmə, davamlı və dayanıqlı iqtisadi tərəqqi, dünya birliyinə sürətli inteqrasiya, ölkənin potensialının güclənməsinə, dövlətçiliyin daha da möhkəmləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilmiş siyasəti ilə Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilməsi məqsədinə doğru inam və böyük uğurla aparır. Bu zəfərlərə doğru gəlin birlikdə addımlayaq! Azərbaycanı cənab İlham Əliyevin müdrik siyasəti ilə qələbələrdən qələbələrə aparaq!
Elşad Əliyev, seçici:
- Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir. İnkişafın Azərbaycan modelinin mövcudluğu beynəlxalq səviyyədə dəstəklənir. Sağlam düşüncəli ictimai rəy bu tərəqqinin, uğurların, qələbənin sayını çoxaltmaq və davamlılığına nail olmaq istəyir. Odur ki, biz seçicilər cənab İlham Əliyev siyasətini hər zaman bəyənmişik, dəstəkləmişik, bundan sonra da dəstəkləyəcəyik. Oktyabrın 9–da bu reallıq bir daha öz təsdiqini tapacaqdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Gəncədə görülən geniş abadlıq - quruculuq işləri, insanların sağlamlığı və asudə vaxtının səmərəli təşkili üçün yaradılan şərait bütün gəncəlilərin ürəyincədir. Bizə göstərilən hərtərəfli qayğıya görə dərin minnətdarlıq duyğularımı bildirməklə, cənab İlham Əliyevi növbəti 5 ildə də Prezident kürsüsündə görmək arzusundayam.
Günay Məmmədova, Gəncə Dövlət Universitetinin tələbəsi:
- Son 10 ildə ölkəmizdəki inkişaf tempi bütün dünyaya nümunədir. Bu yüksəlişin banisi ulu öndərimizin müdrik siyasi kursunu layiqincə yerinə yetirən cənab İlham Əliyevdir. Bütün həmyaşıdlarıma - gənclər dövlət siyasətinin biz gənclərin həyatına gətirdiyi inkişafdan, töhfələrdən bəhrələnən hər bir gəncə səslənirəm: "9 oktyabr Prezident seçkilərində fəal olun! Parlaq gələcəyimizin qarantı Cənab İlham Əliyevə səs verək!".
Kamil Məmmədov, seçici:
- Azərbaycan inkisaf etmiş ve müstəqil ölkədir. Bu yolda ulu öndərimiz Heydər Əliyevin zəhməti danılmazdır. Ulu öndərimizin layiqli davamçısı İlham Əliyevlə daha da inkişaf etmiş bir ölkəyə çevrilmişdir. Şəhərlərdə, rayonlarda cənab İlham Əliyevin səyi nəticəsində müasir tipli olimpiya idman kompleksləri tikilmişdir. İdmançılara göstərilən diqqət və qayğı günü-gündən artır, onlar da bu qayğını layiqincə qiymətlədirərək ölkəmizi beynəlxalq yarışlarda təmsil edir,müxtəlif əyarlı medallar qazanırlar. Mən bu uğurların şahidiyəm, ölkəmizin hər bir uğuru bizi sevindirir, daha yüksək zirvələri fəth etməyə ruhlandırır. Mən Prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləyəcəyəm. Bütün gəncləri də Yeni Azərbaycan Partiyasının namizədi, xalqımızın vətənpərvər oğlu İlham Heydər oğlu Əliyevi dəstəkləməyə çağırıram!
Bəyalı Rzayev, Kəpəz rayon DSMF – də sektor müdiri:
- Bizim yanımıza həmişə, qayğıya ehtiyacı olan adamlar gəlirlər. İndi onların əksəriyyəti öz sevinclərini bizimlə bölüşürlər. Möhtərəm Prezidentimizin sərəncamları əsasında bu təbəqədən olan insanların təqaüdləri dəfələrlə artmış, həyat şəraiti yaxşılaşmışdır. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin bəhrələrini hər gün, hər addımda görürük. Bu gün Gəncədə əhalinin sayı artmaqdadır. İş üçün şəhəri tərk edən insanlar çiçəklənən, müasirləşən doğma yurdlarına qayıdırlar. Dəfələrlə dövlətimizin başçısı çıxışlarında xüsusi vurğulayıb ki, Azərbaycanın ən inkişaf etmiş şəhəri ilə ən ucqar kəndi arasında fərq aradan qalxsın. Biz tərəqqinin, inkişafın davamlı olmasının tərəfdarıyıq. 9 oktyabr Prezident seçkilərini səbrsizliklə gözləyirik ki, elliklə bir yerdə seçki məntəqələrinə gələrək cənab İlham Əliyevə səs verək!
Vüsalə Veysəlova, Gəncə Dövlət Universitetinin dosenti:
- Yeni Azərbaycan Partiyasının V qurultayında 2013 – cü ilin 9 oktyabrında keçiriləcək Prezident seçkilərində Azərbaycan
Respublikasının Prezidenti, Partiyanın Sədri cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi Azərbaycanın, həmçinin Gəncənin fəal qadınları tərəfindən rəğbətlə qarşılanmışdır. Biz Azərbaycanın parlaq gələcəyini ancaq cənab İlham Əliyevdə görürük.
Sevinc Qurbanova, Qafqaz Universitetinin məzunu:
- Yarım milyondan artıq üzvü olan Yeni Azərbaycan Partiyası V qurultayda xalqın istəyini və arzusunu, eləcə də heç bir qüvvə tərəfindən basılması mümkün olmayan iradəsini ifadə edərək, Azərbaycan Prezidenti cənab İlham Əliyev kimi bacarıqlı, işgüzar, prinsipial, vətənpərvər rəhbərin növbəti dəfə prezidentliyə namizədliyini irəli sürdü və bu təşəbbüsü ilk dəstəkləyənlərdən biri ölkəmizin aparıcı qüvvəsi gənclər oldu. Çünki biz sevimli Prezidentimizin müdrik siyasətini bəyənir və siyasi arenada nüfuzunun gündən–günə artmasına görə qürur hissi keçiririk!
Əkbər İsmayılov, ağsaqqal, yerli sakin:
- Çox seçkilərdə iştirak etsəm də, seçicilərin indiki fəallığını heç vaxt müşahidə etməmişəm. Bu fəalllıq, təbliğat görüşlərinin yüksək səviyyədə keçirilməsi, böyük coşqu ilə müşahidə olunması Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevlə birliyin, həmrəyliyin təntənəsini ifadə edir. 9 oktyabr Prezident seçkilərində öz gələcəyimizi etibar etdiyimiz liderə - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə səs verəcəyik!
Rəhim Qurbanov, yerli sakin:
- Azərbaycanın dünya öləkələri içərisində nüfuzunun artması, Avropaya və dünyaya inteqrasiyası, təhsilin və elmin, mədəniyyət və idmanın inkişafı, Ulu öndər Heydər Əliyevin siyasi kursunun ölkə başçısı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin sayəsində mümkün olmuşdur. Məhz buna görə də bizim alternativsiz liderimiz cənab İlham Əliyev olacaq!
Teymur Əliyev, AzTU TGT-nın sədri:
- Bu gün ölkəmizdə, yaşadığımız doğma Gəncə şəhərində ürəkaçan yenilikləri, nailiyyətləri, tərəqqini gördükcə qürur hissi keçirir, daha xoşbəxt gələcəyimizə böyük ümidlər bəsləyirik. Arzumuz, istəyimiz qələbələrin, uğurların davam etməsidir, Bu arzumuza nail olmaq üçün biz yalnız gələcəyimizi Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevə etibar etməliyik və edəcəyik də!
Alqış bu dövrana, bizə bu səadəti, xoşbəxtliyi bəxş edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevə!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB