Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını davam etdirən partiyanın Qobustan rayon təşkilatı Cəyirli kəndinin sakinləri ilə növbəti görüşündə bildirdi ki, bölgədə böyük nüfuza malik, iqtisadi, siyasi qüdrətinə görə seçilən, geosiyasi mövqeyinə görə böyük əhəmiyyət daşıyan, dünya dövlətlərinin eneryi təhlükəsizliyinin təminatında əvəzsiz rolu olan Azərbaycanla ən qüdrətli dövlətlər belə hesablaşırlar. Ölkəmizdə çox dinamik inkişaf tempi var. Əldə olunan bütün uğurlar möhkəm təmələ əsaslanan Azərbaycanın daxili və xarici siyasətinin məntiqi ifadəsi, YAP-ın prezidentliyə namizədi İlham Əliyevin xidmətlərinin nəticəsidir: "Azərbaycanın iqtisadi və maliyyə imkanlarının möhkəmlənməsində əsas amil olan beynəlxalq layihələrin uğurla başa çatması onu göstərir ki, düşünülmüş uğurlu siyasətimiz bir məqsədə xidmət edir. Bunun timsalında Cəyirli kəndinin əhalisinin güzaranının, həyat səviyyəsinin yüksəlməsi, kəndin simasının dəyişilməsi, yeni qaz xəttinin, asfalt yolların çəkilməsi, yeni məktəb binasının tikilərək istifadəyə verilməsi və sair infrastruktur layihələri həyata keçirilməkdədir. Bu qələbələr Prezident İlham Əliyevin siyasətinin nəticəsidir. Xalq da öz liderinin xidmətlərini dəyərləndirir və ona etimad göstərir. Siyasi sabitliyi bütün uğurların qazanılması üçün başlıca amil kimi qiymətləndirən Xilmilli ictimaiyyəti də 9 oktyabrda bir daha belə əmin-amanlığı, qətiyyəti və siyasi iradəsi ilə qoruyub saxlayan İlham Əliyevə səs verəcək".
Görüşdə Seçki Qərargahının üzvlərindən Zümrüd Şərifova, Aytən Mənsimova, Ruslan Şahbazova və digərləri çıxış edərək bildirdilər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılmış böyük uğurlardan, həyata keçirilən sosial layihələrdən, respublikamızda və rayonumuzda görülən abadlıq işlərindən danışdılar. İnandıqlarını bildirdilər ki, Cəyirli kənd camaatı da dövlət başçısı İlham Əliyevin başçılığı ilə qazanılmış uğurları və siyasəti dəstəkləyərək 9 oktyabrda seçki məntəqələrinə gedərək hamı bir nəfər kimi bu siyasətin davamına - İlham Əliyevə səs verəcəklər. Qeyd olundu ki, əvvəlki seçkilərdə olduğu kimi, builki seçkilərdə uğurla, mütəşəkkilliklə başa çatacaq. Çünki dünya dövlətləri arasında öncül sıralarda qərarlaşan
Azərbaycanın gücünə, nüfuzuna layiq yeganə namizədimiz alternativsiz Liderə, ölkəni növbəti beşillikdə də yeni-yeni uğurlara, zirvələrə qaldıracaq Cənab İlham Əliyevə səs verməyə çağırdılar.
Qobustan seçiciləri güclü və zəngin Azərbaycan naminə "İLHAMLA İRƏLİ!" şüarı ilə seçkilərə qatılacaqlarını bildirdilər
Seçici Fərəcov:
- 9 oktyabrda prezidentliyə namizəd olan İlham Əliyevə səs verməklə xoşbəxt gələcəyə yalnız və yalnız İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində mümkündür. Ona görə də seçki günü məntəqələrə gələrək hər birimizin taleyini düşünən Cənab İlham Əliyevə səs verməliyik. Çünki xalq Ona inanır, İlham Əliyev də xalqına güvənir.
Kənd ağsaqqalı Məcidov Zabit:
- Mən kəndimizin bütün əhalisi, ağsaqqalları adından deyirəm ki, bizim yeganə prezident görmək istədiyimiz şəxs Ümummilli Liderin davamçısı İlham Əliyevdir. Çünki xalqımızı odun-alovun içərisindən, məhv olmaq təhlükəsindən Heydər Əliyev qurtardı. İlham Əliyev də Onun ardıcılı kimi bu dövləti hərtərəfli inkişaf etdirdi. Ona görə də, prezident kürüsündə yalnız İlham Əliyevi görmək istəyirik və Allahın köməkliyi ilə 9 oktyabrda hamılıqla ona səs verəcəyik!
Rayon mədəniyyət işçisi Novruz Novruzov:
- Ölkəmizdə digər sahələr kimi mədəniyyət sahəsi də yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunmuşdur. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva regionlara səfərləri zamanı mədəniyyət obyektləri ilə yaxından tanış olurlar. Dövlətimizin başçısı lazım gəldikdə onların yenidən qurulması ilə bağlı tapşırıqlarını verir. Biz mədəniyyət işçisi olaraq, dövlətimizin mədəniyyət sahəsinə, mədəniyyət işçilərinə göstərdiyi diqqət və qayğıları nəzərə alaraq, 9 oktyabrda seçki məntəqələrinə gələrək İlaham Əliyevə - uğurlu gələcəyə səs verəcəyik.
Gənc seçici Mürsəlov İntiqam:
- Azərbaycan gəncləri bir çox uğurlara imza atır, cəmiyyətdə mühüm rol oynayırlar. Bunun üçün Cənab İlham Əliyevə mnnətdarıq.
Rayon uşaq bağçasında tərbiyəçi Qurbanova İlhamə:
- YAP-ın namizədini dəstəkləməklə Azərbaycanı ən qüdrətli dövlətlər sırasında görmək istəyimizi bildiririk. Aparılan siyasətin nəticəsidir ki, Azərbaycan bölgədə sabitlik, dinamik inkişaf simvoludur.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB