Xaçmaz seçiciləri uğurlu gələcəyə səs verəcəklər

Xaçmaz seçiciləri uğurlu gələcəyə səs verəcəklər

Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasının prezidentliyinə namizədi İlham Əliyevin "İLHAMLA İRƏLİ" devizi ilə keçirilən seçki kampaniyası davam etməkdədir. Prezidentliyə namizəd İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Xaçmaz rayonunun 30 sentyabr tarixində Müşkür, Köhnə Xaçmaz, Xaspoladoba, Müzəffəroba, Gəncəli kəndlərinin seçiciləri ilə görüş keçirmişdir.

Görüşü Qərargahın sədri Nazim Ağayev açaraq Xaçmazlıların son 20 ildə ölkədə keçirilən ictima-siyasi proseslərdə fəal olmalarından, Ulu Öndərimiz Heydər Əliyev siyasətinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi layihələri dəstəklədiklərindən, ölkəmizi nicat yolunu dövlət başçısının həyata keçirliyi inkişafda gördüklərindən, regionda ən inkişaf etmiş ölkə olmasından, insanların həyat səviyyəsinin günü-gündən yaxşılaşmasından, seçkilərərə "İLHAMLA İRƏLİ!" şüarı ilə getdiklərindən danışıb.

Görüşlərdə Əlislam Mehyəddinov, Gülnaz Şirinova, Süleyman Süleymanov, Mehriban Qurbanova, Yaqub Haqverdiyev, Zəkəriyyə Pənahov, Absətdər Oruclu, Hilal Əhmədov çıxış edərək, xaçmazlıların həmişə dövlətə, dövlətçiliyə, onun liderinə sədaqətli olduqlarını, sevdiklərini və 9 oktyabrda hamı bir nəfər kimi seçki məntəqələrinə gələrək, İlhamlı gələcəklərinə səs verəcəklərini bildirdilər.

Tədbir zamanı "Səs" qəzetinə seçkilərlə bağlı münasibət bildirən seçicilər vurğuladılar ki, 9 oktyabrda keçiriləcək prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyəti İlham Əliyevin namizədliyini dəstəkləyəcək.

Sevinc Sedullayeva, YAP Xaçmaz rayon təşkilatının qadınlar şurasının sədri:

- Bütün partiya üzvləri kimi, mən də Cənab prezident İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyirəm. Belə ki, Azərbaycanın inkişafında, müasirləşməsində bu və ya digər şəkildə YAP-ın və onun sıralarında cəmləşən 600 mindən artıq fəalın, Azərbaycan vətəndaşının

əməyi, fədakarlığı, qətiyyəti var. Ötən 10 ildə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün olub. Bütün bunlar isə xalqımızın mütləq əksəriyyətinin İlham Əliyevin namizədliyini irəli sürməsinə zəmin yaradıb. Qətiyyətlə demək olar ki, Azərbaycan xalqının əksəriyyəti İlham Əliyevin namizədliyini dəstəkləyir.

Təəssüf ki, bu gün özlərini müxalifət adlandıran bəzi ünsürlər bir daha mövcud inkişafın, tərəqqinin qarşısını almaq üçün xarici ağalarının təlimatlarını yerinə yetirməyə çalışırlar. Ancaq belələri unudurlar ki, xalqın seçimi qarşısında heç nə edə bilməyəcəklər. Çünki ölkədə xalq və hakimiyyət birliyi mövcuddur və bu mövcudluğu heç bir daxili, xarici qüvvələr sarsıtmaq iqtidarında deyil.

Bəxtiyar Haqverdiyev, Xaçmaz rayon Seçki Qərargahının sədr müavini:

- Partiyamızın Sədri Cənab İlham Əliyevin namizədliyinin V qurultayda yekdilliklə irəli sürülməsini heç də təsadüfü hesab etmək olmaz. Çünki YAP Azərbaycan xalqının iradəsini ifadə edir, bunu dəfələrlə keçirilən yerli və beynəlxalq sosioloji sorğular da təsdiq etmişdir. Son 10 ildə məhz ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, iqtisadi islahatlar, xalqın həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində aparılan siyasət onu xalqın sevimlisinə çevirmişdir. Bu gün bu uğurlar paytaxtımızdan başlayaraq ucqar dağ rayonlarına, kəndlərə qədər gedib çıxır.

Mən buradan bəzi siyasətbazların, anti-milli fəaliyyəti ilə inkişafa qarşı çıxan "Milli Şura" təmsilçilərinin başbilənlərinə səslənirəm - özlərini heç də yormasınlar. Xalq onların hansı "siyasət" yürütdüklərini görüb və əsla, bir daha belə siyasətbazların hakimiyyətə yiyələnmələrinə imkan verməyəcək. Ona görə də, hər bir YAP üzvü, fəalı, gənclərimiz, ziyalılarımız təbliğat və təşviqat kampaniyaları çərçivəsində daha aktiv olmalı, görülən bu işlərin seçki öncəsi bir daha təbliğ etməlidir. Mən də Cənab İlham Əliyevin alternativsizliyini əsas tutaraq onun 9 oktyabr prezident seçkilərində mütləq zəfər qazanacağına əminəm.

Yaqut Zeynalova, Xaçmaz rayonu, əməkdar müəllim:

- Sirr deyil ki, 9 oktyabr prezident seçkiləri ilə bağlı aparılan təbliğat və təşviqat kampaniyası çərçivəsində hakim partiyanın çoxsaylı görüşlərində bütün Azərbaycan ictimaiyyəti, cəmiyyəti, xalqı, seçicisi İlham Əliyevin 10 ildə gördüyü işləri bəyənir, dəstəkləyir və dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev siyasətinin davamlı olmağını istəyir. Beləcə, insanlar İlham Əliyevin yenidən prezidentliyə namizəd olmağını arzulayırlar. Bu, həm də YAP-ın 600 mindən artıq olan üzvünün qərarıdır. Mən bir əməkdar müəllimə olaraq ölkədə aparılan təhsil islahatları ilə bağlı da bir neçə kəlmə söyləmək tistərdim. Ölkə Prezidentinin elm və təhsilə ögstərdiyi diqqət və qayğı, eləcə də müəllimlərin əməkhaqlarının artırılması siayasətinin yürütməsi bizlərin sevincinə səbəb olur. Belə olan halda biz müəllimlər ordusu nəyə görə qeyri-qüvvələri dəstəkləməliyik?

Əfsus ki, bəzi qüvvələr, nədənsə Azərbaycanın inkişafını görmür və buna biganə yanaşırlar. Sağlam düşüncəli xalqımız da xatırlayır ki, Yeni Azərbaycan Partiyası yarananda ölkədə vəziyyət çox ağır idi. Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra bu problem aradan qaldırıldı. Artıq Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Dünya əhəmiyyətli beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin artan iqtisadi gücündən xəbər verir.

Məhz bu baxımdan vurğulamaq istərdim ki, bu gün Azərbaycan xalqının bir namizədi var - İlham Əliyev! Ona görə də xalqımız bu seçkilərdə də "İLHAMLA İRƏLİ!" şüarı ilə ölkəmizi yeni-yeni qələbələrə doğru aparacaq.

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə