Türkiyənin TRT kanalının rəhbəri İbrahim Şahin Odlar Yurdu Universitetinin "Fəxri Doktor"u adına layiq görülüb. Universitetdə keçirilən tədbirdə, ali məktəbin tələbə və müəllim kollektivi ilə yanaşı, Türkiyənin Azərbaycandakı səfiri, millət vəkilləri iştirak edib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Əhməd Vəliyev Türkiyə Azərbaycan dostluğundan danışıb.
Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva TRT-nin baş direktoru İbrahim Şahinin həyat və fəaliyyətindən söz açıb. Daha sonra Odlar Yurdu Universitenin fəxri diplomu İbrahim Şahinə təqdim olunub.
İbrahim Şahin ona təqdim olunan bu yüksək mükafatı Türkiyə və Azərbaycan arasında dostluq-qardaşlıq münasibətlərini möhkəmlik rəmzi kimi dəyərləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB