Şurada yeni proqramın təqdimatı keçirilib

Şurada yeni proqramın təqdimatı keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında "Elektron hökumət" proqramının icrası istiqamətində daha bir addım atılıb. SİA-ya verilən məlumata görə, bu gün Şuranın daxili kargüzarlığının elektron qaydada qurulması üçün hazırlanan proqramın təqdimatı olub.

Qeyd edək ki, elektron kargüzarlıq Şuraya daxil olan sənədlərin qeydiyyatını, dövriyyəsini, onların icra vəziyyətini və arxivləşməsini təmin edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə