Xızının qadın seçiciləri seçkilərdə İlham Əliyevi dəstəkləyəcəklər FOTO

Xızının qadın seçiciləri seçkilərdə İlham Əliyevi dəstəkləyəcəklər FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Xızı rayonunda da uğurla davam etdirilir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində bu gün rayonun fəal qadınları ilə keçirilən görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev bildirib ki, Ulu öndər Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyev dövlət qadın siyasətinə xüsusi önəm verir: "Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə yeni siyasi və iqtisadi sistem qurulub. Azərbaycan sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilib və gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atıb. Birmənalı şəkildə demək olar ki, bu gün Azərbaycanda gender bərabərliyinin təminatına dövlət qayğısı yüksək səviyyədədir. Elə buna görə də xanımlarımız da bu seçkilərdə cənab İlham Əliyevi dəstəkləməlidirlər".

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə çıxışına 2006-cı ildə Azərbaycanda "Gender bərabərliyi haqqında" qanun layihəsinin qəbul olunmasını xatırladaraq başlayıb. O bildirib ki, bütün bunlar dövlət başçımızın qadınlarımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir: "Göstərilən diqqətin nəticəsidir ki, bu gün xanımlarımız cəmiyyət quruculuğunun müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər. Onlar sülh şəraitində yaşayırlar və bu firavan həyatı onlara kimin bəxş etdiyinin fərqindədirlər. Mən inanıram ki, qadınlarımız 9 oktyabrda ölkəmizi inkişaf etdirən cənab İlham Əliyevə səs verəcəklər".

Daha sonra çıxış edən YAP Xızı rayon təşkilatı qadınlar şurasının sədri Svetlana Rüstəmova, təhsil işçiləri Ziba Cəfərova və Svetlana Əliyeva Xızı qadınlarının Azərbaycanın inkişaf və tərəqqisi naminə cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə