Qaradağ rayonunda Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülən cənab İlham Əliyevin Qaradağ rayonu üzrə Seçki Qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. SİA-nın məlumatına görə, bu məqsədlə Qaradağ rayon Qadınlar Şurasının geniş yığıncağı keçirilib. Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə İsmayılova ölkəmizin həyatında çox mühüm əhəmiyyətə malik prezident seçkilərinin cəmiyyətin birbaşa iradəsi və arzuları ilə bağlı olduğunu söyləyib: "Əsası Ümummilli lider Heydən Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan dövləti, onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dünyanın diqqət mərkəzində olan bir ölkəyə çevrilib. Sözsüz ki açıq cəmiyyətin və demokratik prinsiplərin bərqərar olduğu ölkəmizdə qadın faktoru aparıcı mövqeyə sahibdir. Bu gün ölkəmizin ictimai-siyasi fəaliyyətində qadınların rolu olduqca böyükdür. Heydər Əliyev Fondunun prezidenti YUNESKO və İSESKO-nun ölkəmizdəki xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadını öz layiq olduğu səviyyəyə yüksəlib. Milli mənəvi dəyərlərimizi dünyada ən layiqli formada tərənnüm edən Mehriban xanım Əliyeva, Azərbaycan qadınının ən yüksək amallara xidmət etməklə yanaşı, onun vacib missiyalarda tuta biləcəyi rolun əhəmiyyətini də ortaya qoyub. Təbii ki, Azərbaycanımız inkişaf edir və bu inkişaf cənab prezident İlham Əliyevin rəhbərliyi altında reallaşır. Ölkəmizin hər bir bölgəsində olduğu kimi, Qaradağda da qadınlar həmişə milli-mənəvi, ictimai-siyasi proseslərdə aktivlik nümayiş etdirib. Tam əminliklə deyə bilərəm ki, qarşıdan gələn 9 oktyabr prezident seçkilərində də qaradağlı qadınlar gələcəyimizin qarantı cənab İlham Əliyevə səs verəcəklər".
YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov isə çıxışında qaradağlı qadınları salamlayıb, onların ictimai siyasi proseslərdə həmişə böyük aktivlik nümayiş etdirdiklərini xüsusilə vurğulayıb. Təşkilat sədri ölkəmizdə qadın siyasətinin və qadınların cəmiyyətimizdə aparıcı mövqeyə yüksəlməsindən bəhs edib: "Bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi tədbirlər Azərbaycan qadının ən yüksək amallar naminə fədakarlığının bariz nümunəsidir".
Ölkəmizin ictimai-siyasi proseslərində qadınların rolundan danışan Aydın Hüseynov qadınların hər zaman ölkə həyatı üçün vacib olan məsələlərdə aktiv mövqe sərgilədiyini vurğulayıb: "Qaradağ rayonunu təmsil edən qadınlar da hər zaman öz ölkəsinin həyatında mühüm əhəmiyyət kəsb edən məsələlərdə birmənalı mövqe sərgiləyiblər, eyni zamanda dövlətə və dövlətçiliyə sadiqlik nümayiş etdiriblər. Azərbaycan qadını hər zaman haqqa, ədalətə dəstək olub, qarşıdan gələn prezident seçkilərində də cənab İlham Əliyevə səs verəcəklər".
Qaradağ rayon qadınları adından danışan şəhid anası Pakizə Abbasova Ulu Öndər Heydər Əliyevin ölkəmizdə təlatümlərin qarşısını aldığını, Azərbaycanın sakit və təhlükəsiz bir ölkəyə çevrildiyini, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında isə dövlətimizin dünyada ən qabaqcıl səviyyəyə yüksəldiyini vurğulayıb: "Qaradağlı qadınlar həmişə dövlətə və dövlətçiliyə dayaq olublar. Bu seçkilərdə də biz cənab İlham Əliyevə dəstək olmaqla bunu bir daha sübut etmiş olacayıq".
Qeyd edək ki, yığıncağın yekununda Qaradağ rayon Qadınlar Şurasının adından bəyanat qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB