Asfalt üzərində rəsm işlərindən ibarət müsabiqə keçirilib

Asfalt üzərində rəsm işlərindən ibarət müsabiqə keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "Beynəlxalq Sülh Günü" münasibəti ilə Suraxanı rayonunda yerləşən 7 saylı uşaq evində asfalt üzərində rəsm işlərindən ibarət müsabiqə keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müsabiqədə Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov və uşaq evinin müdirəsi Afaqət Əsgərova da iştirak edib. Uşaqlarin əl işlərinə baxış keçirildikdən sonra işlərində fərqlənən uşaqlar Baş İdarə tərəfindən fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə