Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasın gündəliyinə 5 məsələ daxil edilib. Gündəliyə daxil edilən 3 məsələ "Əhalinin sağlamlığının qorunması haqqında" qanun layihəsinə dəyişikliklərin edilməsi ilə bağlıdır. Digər 2 məsələ isə "Sosial müavinətlər haqqında" və "Uşaq hüquqları haqqında" qanunlarına edilən dəyişikliklərdir.
Komitənin iclasında çıxış edən sədr Hadi Rəcəbli bildirib ki, "Əhalinin sağlamlığının qorunması haqqında" qanun layihəsinə edilən dəyişikliyə görə, İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tədbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanının vahid sisteminə daxil olan qurumlarda çalışan işçilərinin aylıq vəzifə (tarif) maaşlarına əlavənin verilməsi üçün həmin orqanın hesabına köçürülür: "Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Dəyişikliyə əsasən "müvafiq icra hakimiyyəti orqanı tərəfindən tədbiq edilən cərimələr" dedikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılan və həmin orqan tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tədbiq edilən cərimələr başa düşülür. Nəzərdə tutulan "vəzifə maaşlarına əlavə" verilən işçilərinin siyahısına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir".
Bununla yanaşı, həmin qanun layihəsinə növbəti əlavə edilib. Nəzərdə tutulan əlavədə qeyd edilib: Qeysəriyyə kəsiyi əməliyyatı dövlət və qeyri-dövlət tibb müəssisələrində aparılır. Əməliyyata dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əməliyyatın qeyri-qanuni aparılmasına görə təqsirli şəxslər İnzibati Xətalar Məcələsinə uyğun məsuliyyət daşıyır. Digər müzakirə olunan "Sosial müavinətlər haqqında" qanun layihəsinə görə beşdən çox uşağı olan qadınlara müavinət nəzərdə tutulur: "Qanuna görə müavinət alan qadının ən kiçik uşağının 1 yaşı tamam olmalı, ən böyüyü isə 18 yaşı keçməməlidir".
Komitə sədri onu da əlavə edib ki, bu qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.
Müzakirə olunan "Uşaq hüquqları haqqında" qanun layihəsinə də əlavə edilib. Əlavədə deyilir: "Uşaqların "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun ilə müəyyən edilmiş qaydada dispanserizasiyadan keçmək, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq, dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə tədbirləri, habelə sağlamlığının vəziyyəti haqqında tam və obyektiv məlumat almaq hüquqları var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB