Millət vəkili Avrasiya Kitabxanaçılar Birliyinin sədri ilə görüşüb
Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Avrasiya Kitabxanaçılar Birliyinin sədri Sunay Güneş Gercik və sədr müavini Ekrem İşık ilə görüşüb. SİA-nın məlumatına görə, qonaqları salamlayan millət vəkili Qənirə Paşayeva "bir millət iki dövlət" olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə yüksək səviyyəli əlaqələrin olmasını və əməkdaşlığın getdikcə genişlənməsinin sevindirici hal olduğunu deyib. Türkiyənin dövlət arxivlərində və kitabxanalarında Azərbaycanla bağlı çoxlu sayda materialların olduğunu deyən, millət vəkili bu materialların həm Azərbaycan, həm də Türkiyə ictimaiyyətinin diqqətinə daha geniş çatdırılmasının vacibliyini vurğulayıb.
Millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB olaraq bu istiqamətdə lazımi dəstəyi göstərməyə və əməkdaşlıq etməyə hazır olduğunu deyib. Millət vəkili qonaqlara eyni zamanda Azərbaycan-Türkiyə əlaqələrinin bu günü və perspektivləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verib. Qarabağ həqiqətləri ilə bağlı Türkiyədə daha çox kitab və materialların nəşrinin və yayılmasının vacibliyinə də toxunub.
Bakıya ilk dəfə səfər etdiklərini deyən, Birliyin sədri Sunay Güneş Gercik Azərbaycanı da özlərinə vətən saydıqlarını və Bakıda olmaqdan məmnun olduqlarını bildirib. Qonar iki qardaş ölkə arasında bütün istiqamətlərdə yüksək səviyyəli əlaqələrin olmasının sevindirici olduğunu deyib.
Qeyd edək ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB