Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) "Biznes" işçi qrupu tərəfindən ittifaqın qərargahında "İceberg–1 sadənin görə bilmədiyimiz 9 mürəkkəbliyi" təlimi keçirilib. SİA-ya verilən məlumata görə, təlimçi Vüsal Nəzərov tələbə – gənclərə xüsusi seçilmiş və gündəlik həyatda gənclərə daima maneələr yaradan, lakin hər kəs üçün həyati əhəmiyyət daşıyan, şəxsi, təhsil və iş həyatlarında böyük rol oynayan 9 modul haqqında məlumat verərək, tələbə - gənclərin mövzu ilə bağlı suallarını cavablandırıb.
Qeyd edək ki, "İceberg – 1 Sadənin görə bilmədiyimiz 9 mürəkkəbliyi" təlimində yer alan mövzular sırasına "Dəyərlərinizi aşkarlayın, sərhədlərinizi qaldırın, ünsiyyətdə bədən dili, şəxsi və mənəvi dəyərlər" kimi mövzular daxil idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB