Şəmkirdə təbliğat-təşviqat kampaniyası uğurla davam edir

Şəmkirdə təbliğat-təşviqat kampaniyası uğurla davam edir

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası davam edir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində YAP Şəmkir rayon təşkilatı rayonun Çənlibel kəndində seçicilərlə növbəti görüşünü keçirib. Görüşdə YAP Şəmkir rayon Seçki Qərargahının sədri Fəxrəddin Vəliyev, Elmlər doktoru, professor, Azərbaycan Dövlət Tibb Universitetinin kafedra müdiri Vaqif Şadlinski, şəmkirli şair, publisist Taleh Həmid iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, bu gün ölkəmiz sürətlə inkişaf edir və əldə etdiyimiz nailiyyətlər Ulu öndər Heydər Əliyevin zamanında müəyyən etdiyi strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir.

Tədbirdə digər çıxış edənlər də əmin ediblər ki, həmişə Ulu öndər Heydər Əliyev siyasətinə sadiq olan bütün şəmkirlilər qarşıdakı seçkilərdə də bu kursun layiqli davamçısı, güclü dövlət xadimi İlham Əliyevə səs verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə