Şəmkirlilərin seçimi cənab İlham Əliyevdir! FOTO

Şəmkirlilərin seçimi cənab İlham Əliyevdir! FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı tərəfindən prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Şəmkir rayonunda uğurla davam etdirilir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində bu gün Şəmkir rayonunun Dəllər qəsəbəsində seçicilərlə görüş keçirilib. Görüşdə Milli Məclisin deputatı, Bakı Slavyan Universitetinin prorektoru Sahibə Qafarova, YAP Şəmkir rayon Seçki Qərargahının sədri Fəxrəddin Vəliyev, Azərbaycan Tibb Universitetinin kafedra müdiri, professor Vaqif Şadlinski, YAP Şəmkir rayon təşkilatı Seçki qərargahının üzvləri Məcid Şıxlinski və Qafar Vəliyev iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, 9 oktyabr Azərbaycan dövlətçiliyi tarixində çox mühüm əhəmiyyət kəsb edən günlərdən biridir: "Yaxın günlərdə Azərbaycan xalqı öz gələcək taleyini müəyyənləşdirmək üçün növbəti dəfə seçki məntəqələrinə üz tutacaq. Ona görə də hər bir vətəndaş bu məsələyə öz vətəndaşlıq borcu, dövlətimiz qarşısında xidməti kimi baxmalıdır. Bütün dövrlərdə dövlətçiliyə sədaqətlə xidmət edən Şəmkirlilər bu seçkilərdə də Azərbaycan dövlətinnin gələcək inkişafı naminə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verəcək".

Milli Məclisin deputatı, Bakı Slavyan Univeristetinin prorektoru Sahibə Qafarova çıxışında deyib ki, müstəqil Azərbaycan dövləti son illərdə böyük inkişaf yolu keçib: "Xalqımızın Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dövləti bütün sahələrdə çox böyük uğurlara imza atıb. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, bizim siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır".

Sahibə Qafarova əmin olduğunu bildirib ki, qarşıdan gələn prezident seçkilərində Azərbaycan xalqı öz seçiminə sadiq qalaraq növbəti dəfə cənab İlham Əliyevə səs verəcək. Bu seçim Azərbaycan xalqının xoşbəxt, firavan gələcəyinə xidmət edir.

Daha sonra çıxış edən professor Vaqif Şadlinski isə ölkəmizdə elm və təhsil sahəsində görülən uğurlu işlərdən, əldə olunan nailiyyətlərdən bəhs edib: "Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda güclü elmi potensial yaranır, təhsil sahəsində effektiv islahatlar həyata keçirilir".

Tədbirdə digər çıxış edənlər də əmin ediblər ki, həmişə Ulu öndər Heydər Əliyev siyasətinə sadiq olan bütün şəmkirlilər qarşıdakı seçkilərdə də bu kursun layiqli davamçısı, dünyaşöhrətli siyasətçi, güclü dövlət xadimi İlham Əliyevə səs verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə