Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülən cənab İlham Əliyevin Gəncə şəhəri üzrə Seçki Qərargahının tədbirlər planına uyğun olaraq seçicilərlə görüşlər uğurla davam edir. SİA-nın məlumatına görə, görüşlərdə bütün zümrələrdən olan seçicilər böyük izdihamla, əllərində bayraqlar, tərəqqiyə, firavanlığa, parlaq gələcəyimizə səsləyən şüarlar, plakatlar, cənab İlham Əliyevin portretləri ilə müəyyən olunan yerlərə toplaşaraq ürək sözlərini, arzu və istəklərini, sevimli Prezidentləri ilə növbəti 5 ildə də uğurla addımlayacaqlarını böyük fərəh, coşqu və qürur hissi ilə ifadə ediblər. Seçicilər arasında təhsil, səhiyyə işçiləri, elm adamları, ziyalılar, ağsaqqallar, gənclər, tələbələr, müharibə veteranları, şəhid ailələri və digər təbəqələri təmsil edən insanlar var. Onlardan bir qrupu inam və qətiyyət dolu fikirlərini, arzularını bizimlə paylaşıblar.
Naqif Həmzəyev, YAP Gəncə şəhər təşkilatının sədri:
- Azərbaycanın müqəddaratının həll olunduğu bütün ictimai – siyasi, tarixi dönəmlərdə həmişə mərdlik, mübarizlik, qətiyyət nümayiş etdirən gəncəlilər təbliğat-təşviqat kampaniyasının başladığı vaxtdan bu günə kimi bütün görüşlərə böyük coşqu ilə toplaşaraq, istəklərini, rəylərini bildirirlər. Ulu öndər Heydər Əliyev siyasi kursuna daim sadiq qalan seçicilərin fikirlərindən belə qənaətə gəlmək olar ki, nəinki tədbirlərə gələn iştirakçılar, həmçinin bütün şəhər sakinləri 9 oktyabr prezident seçkiləri gününü səbirsizliklə gözləyirlər. Onlara hərtərəfli qayğı göstərən, yaşadıqları şəhərin inkişaf etməsi istiqamətində fərman və sərəncamlar imzalayan, insanların xoşbəxt həyatının qarantı olan sevimli Prezidentləri cənab İlham Heydər oğlu Əliyevə səs versinlər!
Cənab İlham Əliyevin uğurları dünya üçün nümunə, Azərbaycan üçün qürurdur! Güclü və zəngin Azərbaycan naminə İlhamla İrəli!

Əkbər İsmayılov, ağsaqqal, yerli sakin:
- Çox seçkilərdə iştirak etsəm də, seçicilərin indiki fəallığını heç vaxt müşahidə etməmişəm. Bu fəallıq, təbliğat görüşlərinin yüksək səviyyədə keçirilməsi, böyük coşqu ilə müşahidə olunması Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevlə birliyin, həmrəyliyin təntənəsini ifadə edir. 9 oktyabr prezident seçkilərində öz gələcəyimizi etibar etdiyimiz liderə - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə səs verəcəyik!

Rəhim Qurbanov, yerli sakin:
- Azərbaycanın dünya ölkələri içərisində nüfuzunun artması, Avropaya və dünyaya inteqrasiyası, təhsilin və elmin, mədəniyyət və idmanın inkişafı, Ulu öndər Heydər Əliyevin siyasi kursunun ölkə başçısı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin sayəsində mümkün olub. Məhz buna görə də bizim alternativsiz liderimiz cənab İlham Əliyev olacaq!
Teymur Əliyev, AzTU-nun TGT-nın sədri:
- Bu gün ölkəmizdə, yaşadığımız doğma Gəncə şəhərində ürəkaçan yenilikləri, nailiyyətləri, tərəqqini gördükcə qürur hissi keçirir, daha xoşbəxt gələcəyimizə böyük ümidlər bəsləyirik. Arzumuz, istəyimiz qələbələrin, uğurların davam etməsidir, Bu arzumuza nail olmaq üçün biz yalnız gələcəyimizi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə etibar etməliyik və edəcəyik də!

Emma Aslanova, GDU – nun dosenti, tarix üzrə fəlsəfə doktoru:
- Həyatda qazandığımız yaxşı nə varsa, Azərbaycan Prezidentinin gərgin işlərinin, müdrik siyasətinin bəhrəsidir. Hamımız Yeni Azərbaycan Partiyasının üzvüyük. Şərəfli mübarizə yolu keçmiş Yeni Azərbaycan Partiyasının, xoşbəxt gələcəyimizin təminatçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 oktyabr prezident seçkilərində qələbəsinə dəstək olacağıq!

Ziyafət İsmayılova, yerli sakin:
- Ulu öndərin müdrik siyasətinin layiqli davamçısı olan cənab İlham Əliyev dünyanın ən nüfuzlu və güclü siyasi lideridir. Biz onunla fəxr edirik. Biz bütün azərbaycanlıların lideri olan cənab İlham Əliyevi yenidən ölkə Prezidenti seçəcəyik!

Gülər Nəcəfova, GDU – nun məzunu:
- Gəncə Dövlət Universitetində təhsil aldığım müddətdə ali təhsil müəssisələrinin əməkdaşlıq münasibətlərinin nəticəsi olaraq, dünyaya baxışım daha da zəngiləşdi, xarici ölkələrdə təhsil alan gənclərlə sıx əlaqələrimiz inkişaf etdi və bu gün də münasibətlərimiz davam edir. Möhtərəm Prezidentimizin diqqət və qayğısı, şəhər rəhbərliyinin köməyi və dəstəyi sayəsində biz gənclər hər zaman uğur qazanacağıq və fəxrlə hər yerdə deyəcəyik. Bizim Prezidentimiz gənclərin lideri cənab İlham Əliyevdir!".

Fərid Dünyamalıyev, ADAU – nun məzunu:
- Bu gün Gəncə şəhər rəhbərliyinin təşəbbüsü ilə ən istedadlı, intellektli və bilikli gənclər idarəetmə strukturlarında məsul vəzifələrə irəli çəkiliblər. Mən də dövlətimizin hərtərəfli qayğısından bəhrələnən gənclərdən biriyəm. Qarşıda bütün gənclərimizi şərəfli işlər gözləyir. Bu şərəfli işləri yerinə yetirmək üçün qüdrətli və zəngin Azərbaycan naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşməklə, 9 oktyabr Prezident seçkilərində cənab İlham Əliyevə səs verməliyik.
Durna Dəsti, həkim:
- Muğam mərkəzlərinin, dini abidələrin bərpası və yenilərinin tikilməsi xüsusi qeyd edilməlidir. Şəhərimizdəki tarixi və dini abidələrin bərpası, yenidən qurulması işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Eşq olsun ölkəmizin vətənpərvər övladlarına!

Raqif Hüseynov, seçici:
- Biz gəncəlilər, hamılıqla Ulu öndər Heydər Əliyev siyasi kursunun davamçısı cənab İlham Əliyevə səs verəcəyik. Çünki məhz İlham Əliyevi seçməklə, yenidən onun Prezident seçilməsinə bir vətəndaş olaraq dəstək verməklə, əslində, öz gələcəyimizə, firavan, xoşbəxt sabahlara səs vermiş olacağıq!

Maysara Məmmədova, Gəncə şəhər 20 nömrəli tam orta məktəbin direktor müavini:
- Bu gün Azərbaycan nəinki Qafqazda, eləcə də dünyada həyata keçirilən nəhəng layihələrdə iştirak edir. Sözsüz ki, bütün bunlar Azərbaycan seçicisinə məlumdur və onlar qarşıdan gələn prezident seçkilərində kimə səs verəcəklərini yaxşı bilirlər. Bu gün qazandığımız hər bir nailiyyətə görə Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyevə minnətdarıq!

Mübariz Məmmədov, seçici:
- Gəncənin inkişafına, onun insanlarının həyat səviyyəsinin yüksəldilməsinə diqqət və qayğı göstərən ölkə başçısı qısa vaxt ərzində 12 dəfə Gəncəyə səfər edib, sadə peşə adamları ilə görüşərək onların arzu və istəklərini dinləyib. Dövlət başçısının hər səfəri Gəncəyə inkişaf və tərəqqi gətirib, insanların yaddaşında silinməz izlər qoyub. Biz bütün seçkilərdə olduğu kimi, 9 oktyabr prezident seçkilərində də mütəşəkkil şəkildə seçki məntəqələrinə gələcək, sevimli Prezidentimiz cənab İlham Əliyevə səs verəcəyik!

Müşahidə Qasımova, həkim:
- Nağıllar aləminə düşmüş kimi seyr etdiyimiz parkları, meydançaları, küçə və xiyabanları, binaları bir neçə gün ərzində daha gözəl, füsunkar görkəmdə görürük. Qlobal işlər zamanın sürət meyarından çıxır. Qısa zaman kəsiyində nəhəng işlərin görülüb başa çatdırılması sakinlərdə, əcnəbi qonaqlarda heyrət doğurur. Gəncə gözəlliyi, müasirliyi, füsunkarlığı ilə hər zaman gəncəliləri diqqətində saxlayan Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə əzəmətli abidədir. Şəhərimizdə görülən işlər hər birimizi sevindirir, ruhlandırır, gözəl sabahımıza ümidləndirir. Biz bu gələcəyə Azərbaycanın hər bir vətəndaşının Prezidenti olan cənab İlham Əliyevlə birgə addımlayacağıq!

Emin Məmmədov, seçici:
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişləri ilə Azərbaycanda və eyni zamanda, yaşadığım qədim Gəncə şəhərində də biz gənclərin inkişafı, təhsil alması, asudə vaxtlarını səmərəli keçirməsi, bilik və savadını artırması, sağlam və gümrah böyüməsi üçün geniş imkanlar yaradılıb.

Tural Verdiyev, Türkiyənin Firat Universitetinin tələbəsi:
- Mən bir Azərbaycan gənci kimi ölkəmizdə yaradılan bu imkanlardan istifadə edir və bu cür imkanlara malik bir respublikada yaşadığım üçün fəxr edirəm. Xaricdə məndən haralı olduğumu soruşan zaman mən fəxrlə Azərbaycan vətəndaşı olduğumu söyləyirəm! Mən fəxr edirəm ki, azərbaycanlıyam! Mən fəxr edirəm ki, Vətənimin cənab İlham Əliyev kimi Prezidenti var!
Azərbaycanın milli – mənəvi dəyərlərini, maraqlarını qoruyan, ölkəmizi dünyaya layiqincə tanıdan Azərbaycanın vətənpərvər oğlu cənab İlham Əliyevə eşq olsun! Azərbaycan xalqına, Azərbaycan gənclərinə səslənirəm. Öz gələcəyimiz naminə İlhamla irəli!"

Nərgiz Qurbanova, Gəncə şəhər 4 saylı orta məktəbin müəllimi:
- Ölkə başçısının sərəncamı ilə keçirilən "İlin ən yaxşı məktəbi" müsabiqəsinin qaliblərinin biri də mənim fəaliyyət göstərdiyim 4 nömrəli tam orta məktəbdir. "İlin ən yaxşı müəllimi" müsabiqəsində isə mənim qaliblər sırasında olmağım daha bir xoş xəbər oldu və məsuliyyətimi daha da artırdı. Əldə etdiyimiz hər bir uğur ölkə başçısının təhsil işçilərinə, gənc nəslə yaratdığı geniş imkanların, göstərdiyi qayğının bəhrəsidir. Gələcəyimizin daha nurlu və işıqlı olması təhsil ilə sıx bağlı olduğu üçün bütün təhsil işçiləri cənab İlham Əliyevə səs verəcək, növbəti 5 ildə də onun yorulmaz fəaliyyətini dəstəkləyəcəklər!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB