Lənkəranda Zərdabi Mətbuat Mərkəzi “dəyirmi masa” keçirib FOTOLAR
Sentyabrın 27-də Lənkəranda Zərdabi Mətbuat Mərkəzinin təşəbbüsü ilə "Bank-kredit məsələləri Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları" mövzusunda "dəyirmi masa" keçirilib. "KredAqro" BOKT QSC-nin dəstəyi ilə reallaşan ilin yekunlarına dair tədbirdə KİV-lərin rəhbərləri, sahədən jurnalistlər, bank-kredit qurumlarının təmsilçiləri, həmçinin alimlər və mütəxəssislər iştirak ediblər. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbiri açan "Zərdabi" Mətbuat Mərkəzinin direktoru, əməkdar jurnalist Rəhim Hüseynzadə bank, kredit siyasəti ilə bağlı icra edilən layihə, bu sahənin mediada işıqlandırılması, layihə ilə bağlı KİV-də aparılan monitorinqin nəticələri barədə geniş məlumat verib. Tədbirdə iştirak edən Bank Təşkilatı olmayan "KredAqro"nun baş ofisinin departament rəhbəri Zaur Əliyevin təşkilatın kredit siyasəti, mətbuat və bank fəaliyyəti mövzusunda çıxışı dinlənilib.
Diskussiya şəklində keçən dəyirmi masada "Lənkəran" qəzetinin baş redaktoru İltifat Əhmədov, "KredAqro"nun Lənkəran filialının meneceri Vüqar Məmmədov, "Astara" qəzetinin baş rdaktoru Azər Abdullayev, "Lerik" qəzetinin redaktoru, əməkdar jurnalist İdris Şükürlü, "Yaşıl çay" jurnalının təsisçisi və iş adamı Araz Yağubov, AzTV-nin nümayəndəsi Mübariz Süleymanlı, Lider TV-nin əməkdaşı Asəf Əhmədov, SİA-nın əməkdaşı Sərraf Mirsəfəroğlu və başqaları çıxış edərək müzakirə olunn mövzu ilə bağlı fikirlərini bildiriblər.
Tədbirdə qərara alınıb ki, irəli srülən təkliflər əsasında media və bank işçilərinin iştirakı ilə seminar keçirilsin.
Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB