Həftə sonu şimşək çaxacaq PROQNOZ

Həftə sonu şimşək çaxacaq PROQNOZ

"Sentyabrın 29-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Əsən şimal-qərb küləyi axşam mülayimləşəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, sabah paytaxtda və yarımadada havanın temperaturu gecə 14-17, gündüz 17-22 dərəcə isti olacaq".

Ölkənin bölgələrində şimşək çaxacağı, arabir yağiş yağacağı gözlənilir: "Yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Aran rayonlarında havanın temperaturunun gecə 6-11, gündüz 15-20 dərəcə, dağlarda gecə 5-10, gündüz 12-16 isti olacağı gözlənilir".

Qeyd edək ki, yaxın bir neçə gün ərzində Azərbaycan ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə