Təhsil Nazirliyi məktəb direktorlarının işə qəbul qaydalarını hazırlayır
Təhsil Nazirliyi orta məktəb direktorlarının işə qəbul qaydalarını hazırlayır. Bu barədə jurnalistlərə təhsil naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, yeni qaydalar noyabrın əvvəlinə açıqlanacaq.
M.Cabbarov deyib ki, yeni qaydaların hazırlanmasında əsas məqsəd məktəb direktorlarında idarəetmə biliklərini inkişaf etdirməkdir: "Seçim açıq müsabiqə yolu ilə aparılacaq ki, bu da təhsil sahəsi üçün müsbət amil olacaq. Belə ki, bu tip müsabiqələr təhsil sistemində yüksəkixtisaslı kadrların hazırlanmasına yardım edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB