Yeni Azərbaycan Partiyası Suraxanı rayonu Seçki Qərargahı YAP-ın prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat və təşviqat kampaniyası çərçivəsində Günəşli qəsəbə seçiciləri ilə görüş keçirib.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayonu təşviqat qrupunun üzvü Nazim İsmixanov bildirib ki, 9 oktyabr tarixində keçiriləcək təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlər uğurla davam etdirilir. Sonra o, ölkəmizin dinamik inkişafından, Azərbaycanın son 10 illik sosial-iqtisadi inkişafındakı uğurlardan danışıb. O, görülən hər bir işin Azərbaycanın işıqlı gələcəyi, onun vətəndaşı üçün olduğunu diqqətə çatdırıb: "Dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcəklər, təhlükəsizlik şəraitində yaşayacaqlar. Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl işlər görülür. Hər bir vətənpərvər ölkəmizin bu temlə inkişafını istəyir". N.İsmixanov 9 Oktyabr tarixində hər bir seçicini ölkəmizin gələcək inkişafı naminə Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva Azərbaycanın müstəqil dövlət kimi dünyanın bir çox aparıcı dövlətləri səviyyəsində inkişafının Ulu Öndər Heydər Əliyevin məqsədli fəaliyyəti nəticəsində reallaşdığını qeyd edib. Ümummilli Liderin uğurlu siyasətini layiqli şəkildə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin son on illik dövrdəki fəaliyyəti ölkəmizin yeni inkişaf dövrü yaşamasına səbəb olub: "Paytaxtda olduğu kimi, respublikamızın regionlarında da sosial infrastrukturun inkişafı da maksimum diqqətdə saxlanır. Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan ölkəmiz uğurları ilə tarixə düşür". O, çıxışının sonunda Günəşli seçicilərini Cənab İlham Əliyevin ideyaları ətrafında sıx birləşməyə çağırıb.
Görüşdə çıxış edən YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ölkəmizdə aparılan geniş quruculuq işlərinə nəzər salaraq Azərbaycanın inkişaf etdiyini, gücləndiyini bildirib. V.Rəhimzadə bu müsbət dəyişikliklərin gündəlik həyatda da özünü büruzə verdiyini qeyd edib: "Həm Bakı şəhərində, həm də bütün şəhər və rayonlarımızda çox böyük quruculuq və abadlıq işləri aparılır. Son illərdə Azərbaycan iqtisadiyyatı dünyanın ən yüksək templəri ilə inkişaf etmişdir. Şübhəsiz ki, bu inkişafın təməlində uğurlu iqtisadi və siyasi islahatlar, Azərbaycanda aparılan uğurlu neft siyasəti dayanır".
O, bütün bu uğurlara, dinamik inkişafa, tərəqqiyə, davamlı sabitliyə və yüksəlişə Cənab İlham Əliyevin gərgin əməyi və yorulmaz fəaliyyəti sayəsində nail olduğumuzu qeyd edib. V.Rəhimzadə dövlətimizin inkişafı və onun tərəqqisi və qüdrətlənməsi naminə Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB